“Baku Medical Plaza”da daha bir uğurlu ƏMƏLİYYAT: Qadının bədənindən görün nə çıxdı – FOTO+VİDEOLAR

"Baku Medical Plaza”da daha bir uğurlu cərrahiyyə əməliyyatı icra olunub. 39 yaşlı qadın ginekoloji problemlə klinikaya müraciət edib. Onun qarnında irihəcmli şiş olub.
Əməliyyatla bağlı Unikal.org-a danışan "Baku Medical Plaza”nın ginekologiya şöbəsinin müdiri Alik Qurbanov deyib ki, xəstənin vəziyyəti hazırda yaxşıdır: "Xəstə müraciət edən zaman onun qarnı təxminən 25 həftəlik hamilə qadının qarnı həcmində idi. Əməliyyat etdik və qarnındakı 7 kq şişi götürdük. Bu kimi əməliyyatlarda əsas məqsəd digər orqanların, sidik kisəsinin və böyük damarların zədələnməməsidir. Hazırda passient özünü yaxşı hiss edir”.
 






Fikirlər