Açıq-saçıq geyinən qadınlar kişilərin ORUCUNU POZUR...?
Bu il Ramazan ayı mayın 27-də başlayacaq. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) müqəddəs ayın başlanması ilə əlaqədar fətva verib, Ramazan təqvimini də açıqlayıb. Təqvimə görə, Ramazan ayının Qədr gecələri iyunun 13-ü, 15-i, 17-si və 21-nə təsadüf edəcək. Ramazan bayramı isə iyunun 26-da qeyd olunacaq. Müqəddəs ayın təqviminin açıqlanması ilə ənənəvi müzakirələrə də start verilib. Müzakirəyə çıxarılan məsələlərdən biri də açıq-saçıq geyimli birinə baxmağın oruc tutana günah yaratmasıdır. İlahiyyatçı Elşad Miri Modern.az-a açıqlamasında məsələyə konkret yanaşıb. O bildirib ki, orucu batil edən məsələlər sırasında geyimlə bağlı fikir bildirilmir: “Orucu pozan şeylər konkretdir: yemək, içmək və oruc vaxtı cinsi münasibətdə olmaq”. E.Miri orucun dərk edilərək tutulmasının vacibliyini vurğulayıb: “Oruc özünü qoruya bilməkdir, oruc nəfsini saxlamaqdır. İnsan nəyə görə oruc tutduğunu dərk etməlidir. Əsas meyar bu olmalıdır.” AzerTaym.az