Azərbaycanı “Eurovision”da Elnur təmsil edəcək - VİDEO

Azərbaycanı “Eurovision”da Elnur təmsil edəcək - VİDEOAzərbaycanı builki Eurovision Mahnı müsabiqəsində təmsil edəcək ifaçının adı açıqlandı.


Publika.az Eurovision-2015-in rəsmi internet səhifəsinə istinadən xəbər verir ki, builki mahnı müsabiqəsində Azərbaycanı Elnur Hüseynov təmsil edəcək. Münsiflər heyətinin martın 13-də keçirdiyi qapalı toplantıda Elnur Hüseynov qalib elan olunub. Elnur Eurovision səhnəsində Hour Of The Wolf mahnısını ifa edəcək.

Qeyd edək ki, İctimai Televiziya hələ qalibin adını elan etməyib. Münsiflər heyəti bu gün Elnurun qalibiyyətini elan edəcəklərini bəyan etsələr də, son anda bu açıqlamanı sabaha saxlayıblar.

Qeyd edək ki, E. Hüseynov 2008-ci ildə də duet ortağı Samirlə birlikdə “Day After Day” mahnısı ilə Azərbaycanı “Eurovision”da təmsil edib.

E. Hüseynov “Eurovision 2015”I özünü solo ifaçı kimi təsdiq etmək üçün “böyük şans” adlandırıb: “Mahnıma güvənirəm, çünki onun çox güclü ismarıcları var. Bu, həqiqətən də böyük mənası olan bir mahnıdır. Ən önəmlisi “bir savaşa layiqdir ürək” mesajıdır – biz heç vaxt təslim olmamalıyıq. Öz xoşbəxtliyimiz və daha yaxşı gələcəyimiz üçün daim savaşmalıyıq. Eurovision-a bu ismarışı avropalılarla paylaşmaq üçün gedirəm”.

Azərbaycan 2008-ci ildə Eurovision Mahnı Müsabiqəsində uğurla debüt edib, 2011-ci ildə Ell və Nikkinin ifa etdiyi “Running Scared” adlı mahnı ilə qalib gəlib. 2012-ci ildə Bakı 42 ölkənin iştirakı ilə müsabiqəyə ev sahibliyi edib.







Fikirlər