Bayraq mənliyimdir, bayraq kimliyim...

Bayraq mənliyimdir, bayraq kimliyim..."AzerTaym.az" millət vəkili Əli Məsimlinin 9 noyabr Dövlət Bayrağı Günü münasibətilə yazdığı təbrik-statusu təqdim edir:

"Bir kərə yüksələn bayraq bir daha enməz!"

9 noyabr Dövlət Bayrağı günüdür.Bu müqədəs gün münasibətilə xalqımızı təbrik edirəm!
Milli mədəniyyətimizin,dini dəyərlərimizin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvolu kimi də sivilizsuyaya meylliyimizi agah edən, üçrəngli bayrağımız həm də azadlıq və müstəqillik mücadiləmizin simvoludur. Bayrağımızın üç rəngi,üzərindəki aypara və səkkizguşəli ulduzu ilə həm tariximizi əks etdirir, həm dövlətimizin fundamental ideologiyasını müəyyənləşdirir, həm də gələcəyə yol göstərir.

"Bayraqları bayraq yapan üstündəki qandır!"

Dövlətimizinn vacib bir atributu olmaqla yanaşı,xalqımızın şərəfi, qürur mənbəyi olan üçrəngli Azərbaycan bayrağının bir daha yüksəlilməsi uğrunda şəhid olanlarımıza Tanrıdan rəhmət diləyir və ünlü şairimiz Bəxtiyar Vahabzadənın bir şeiri ilə deyirik ki:

Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq - öz yurduma öz hakimliyim.
Daim ucalasan! Savaş günündə
Əsgər silahıyla səni tən görüm.
Yalnız zəfər çalmış şəhid önündə
Səni alqış üçün əyilən görüm.


Bir kərə yüksələn bayrağın bir daha enməzliyinə əmin olan babalarımızın inamından ruhlanaraq bu müqəddəs bayraq günündə bir daha xatırlatmaq yerinə düşər ki, bu bayrağın bir daha dalğalanmasında canından keçənlərin ruhu şad olsun deyə bizim üzərimizə düşən isə Əhməd Cavad ruhundan axıb gələn “üç rəngli bayrağınla məsud yaşa" kimi müqəddəs fikirləri qəlbimizdə daha da rövnəqləndirmək və öz ucalığı, əzəməti ilə Ginnesin "Rekordlar kitabı"na düşən Azərbaycan bayrağını Qarabağa sancmaqdır ki, düşmən ərazilərindən belə görünsün!!!

Sənsən Azadlıq eşqim,sənsən Hürr -deyəcəyəm,
Ən son nəfəsimdə də sənə şeir deyəcəyəm
Şuşada sən qonduğun daşa pir deyəcəyəm,
Çəkəcəyəm gözümə kölgən düşən torpağı
Azərbaycan bayrağı,
Azərbaycan bayrağı!


Dövlət Bayrağı gününüz mübarək!!!






Fikirlər