14.08.2014- Yevlaxda biabırçı olay - Özəl

14.08.2014- Yevlaxda biabırçı olay - ÖzəlBayraq Meydanının yaxınlığında əxlaqsızlıq yuvası fəaliyyət göstərir

Yevlaxda biabırçı hadisə qeydə alınıb. Demokratiya.info-nun əldə etdiyi məlumata görə, həmin biabırçı olaya səbəb rayonun ən önəmli yerlərindən birində əxlaqsızlıq yuvasının fəaliyyət göstərməsidir.

Belə ki, Yevlaxda Dövlət Bayraq Meydanının yaxınlığında fəaliyyət göstərən bu əxlaqsızlıq yuvasına istər rayon rəhbərliyi, istərsə də yerli polis göz yumur. İddia edilir ki, həmin «yuva»nın fəaliyyətini davam etməsində maraqlı olan adamlar vaxtaşırı haqqını alaraq, geri çəkilirlər.

İşin ən biabırçı tərəfi odur ki, bu hal Dövlət Bayraq Meydanının yaxınlığında baş verir. Halbuki dövlətin atributu, simvolu sayılan bu meydanın yanandı əxlaqsızlıq yuvasının fəaliyyət göstərməsi həmin rayonun rəhbərliyinin yerində olmaması və dövlətə qarşı münasibətini sərgiləyir.

Ümid edirik ki, müvafiq qurumlar bu yazıdan sonra həmin obyektin bağladılması ilə bağlı rəsmi göstəriş verəcəklər.






Fikirlər