“Müəllimlər günü” ilə bağlı endirim fotosu sərt TƏNQİD OLUNDU
Azərbaycanın məşhur kitab mağazaları şəbəkəsi olan “Əli və Nino” 5 oktyabr müəllimlər günü münasibətilə keçirdiyi kampaniya müzakirələrə səbəb olub. "Qafqazinfo” xəbər verir ki, mağaza bununla bağlı hazırladığı posteri öz səhifəsində başlayıb. Elanla bağlı seçilən müəllim şəkli isə tənqidlərə səbəb olub. Belə ki, sosial şəbəkə istifadəçiləri həmin şəklin Azərbaycan müəllimi obrazına tamamilə zidd olduğunu vurğulayıblar. *** Qeyd edək ki, “Əli və Nino”nun səhifəsinə yazılan sərt şərhlərdən sonra sözügedən foto silinib. *** Sözegedən qalmaqallı reklamla bağlı “Əli və Nino” səhifəsi üzr istəyib: "Əziz dostlar, aksiya haqqında qoyulan poster dizaynerin "zarafatı" idi. Buna görə hamıdan üzr istəyirik! Aksiyamız davam edir, yolunuzu gözləyirik!"