Könül Xasiyeva: “Oğlumun toyunu GÖRMƏK İSTƏYİRƏM” - FOTOLAR

Xalq artisti Könül Xasıyeva oğlu Kazımla müğənni Könül Kərimovanını qızının toyuna qatıllıb.

Musavat.com xəbər verir ki, ifaçı məclisə dəvət olunmadığını deyib: “Könül məni toya dəvət etməyib. Yəqin ki, qıymayıb. Efirdən eşitdim və gəldim. Sənət yoldaşımdır və Bülbül adına Musiqi Məktəbində “parta yoldaşı” olmuşuq. Burada olmağı özümə borc bildim. Bacımın balasının məclisidir. Oxudum, oynadım sağaldım. Allah Könülün balasını xoşbəxt eləsin. Zəhmət və əziyyəti çox olub, günü yollarda keçib. Tanrı onun çəkdiyi əziyyətləri yerdə qoymasın”.

Səhhətindən danışan xalq artisti özünü yaxşı hiss etdiyini deyib: “Özümü yaxşı hiss edirəm. Şokolad kimiyəm. Oğluma doğum günü etdim. Allah böyük toyunu görməyi nəsib etsin”.

Könül Kərimova isə xalq artistinin bu hərəkəti qarşısında göz yaşlarını saxlaya bilməyib: “Allah Könül xanıma can sağlığı versin. Hər zaman olduğu kimi sağlam olsun. Allah onu bizə, Azərbaycan xalqına çox görməsin”.

Qeyd edək ki, K. Xasıyeva xalq artisti Arif Babayevlə duet də ifa edib.






Fikirlər