”Əgər QADINLARI sevməsəm, heç vaxt yaza bilmərəm” -Çingiz Abdullayev

Moderator.azTanınmış yazıçı Çingiz Abdullayev ilə müsahibəni təqdim edir:

 – Çingiz Abdullayevin sağlamlıq hobbisi nədir?
-Kitab oxumaq və yazmaq. Və bir də… Gözəl qadınlarla görüşürəm…  Sağlamlığa faydası böyükdür, bu hobbinin. Gözəl qadınlarla nə qədər çox görüşsən, bu, bir o qədər  yaxşı gimnastikadır.
-Hobbiniz yaradıcılığınıza təsiri göstərirmi?
-Təbii var. Əgər qadınları sevməsəm, heç vaxt yaza bilmərəm. Əsərlərimin uğurlu alınmaz… Həmin gözəl qadınlar əsərlərimdə yer alırılar. Hətta qadının dilindən 4-5 kitab da yazmışam. Mənə deyirlər ki, kişi heç vaxt  belə əsəri yaza  bilməz. Amma  mən yazıram. Qadın əsərimdə müəllifdir, necə sevir,  kişiylə görüşür, geyinir, ətriyyatdan istifadə edir, kritik  günlərdə ayda  bir dəfə özünü  necə pis hiss edir. Bütün bunları qadın adından mən  danışıram. Oxuyanlar deyir ki, sən bunu ömründə  yaza  bilməzsən. Onlara deyirəm ki, Lev Tolstoy “Hərb və Sülh”  əsərində qadınınm necə doğmasını təsvir edib, yazıb. Amma o, özü heç vaxt doğmamışdı!
-Qeyri-standart iş qrafiki ilk zərbəni hara vurur?
-İlk növbədə başa! Beyinə təsir edir. Artiq bir neçə gündür ki, yatmadan işləyirəm. Təbii bu da öz zərbələrini lazımı orqana endirir.
-Sağlam həyat obrazını qələmə almaq üçün riayət etdiyiniz qaydalar varmı?
-Bəli, var. Əsərlərimdə qəhrəmanım heç vaxt papiros çəkmir, içki içmir. Qəhrəmanım kofe də  Məndə kofe içmirəm. Çayı sevirəm, yaşıl qara, ağ, sarı… Hara getsəm, müxtəlif çaylar gətirirəm.
 
-Saglamılığınıza ziyan vuran vərdişləriniz hansılardır?
-Əlbəttə var. Yazmaq! Çox işləyirəm, gecələr  yatmıram.  Günlərlə yuxusuz qalıram. Bu sağlamlığa zərərdir.
-Yazıçını sevən xəstəlik…
-Yazını ən çox sevən xəstəlik şəkərli diabetdir.  Tez-tez şəkəri qalxır. Yazıçıların əksəriyyəti bundan əziyyət çəkir. Yusif Səmədoğlu bir dəfə gülə-gülə dedi: “Elə yazıçı yoxdur ki, onun diabeti olmasın!”. Çox yazanda, çox  işləyəndə yaranır, istər-istəməz.
-Sizdə  də?
-Yox, hələ ki, məndə yoxdur.
-İnkişafda iradənin rolu nə qədərdir?
-Çox böyükdür. İşləmək və özünə inanmaq. Bu, güclü iradənin forrmulasıdır. Çox adam  fikirləşir  ki,  menecer  və reklam olsa, kitabların alınacaq. Bu doğru fikir deyil. Əgər kitab maraqlıdırsa, alacaqlar, oxuyacaqlar. Əgər pis yazılıbsa, min menecer olsa, yenə alınmayacaq,  Kitabı dünyda  reklamla  tanıtmaq olmaz. Gərək oxusunlar ki, yaxşı olduğu təsdiqlənsin. “Harri Poter” belə kitblardandır. Azərbaycanlı  yazıçılarımız deyirlər, reklamı yaxşıdır. Xeyir. Oxumuşam, həqiqətən də maraqlıdır.
-Məhsuldar yazıçıya vacib olan beyin gimnastikasıdır. Ondan istifadə edirsinizmi?
-Bəli, edirəm. Üstəgəl də, masaj. Bax, bu gün axşam masaj edən ustam gələcək yanıma. Gimnastikayla da məşğul oluram. Üzürəm də…
 
-Ən çox diqqət yetirdiyiniz saglıq durumları…
-Çox  nadir  hallarda xəstələnirəm. 54 yaşım var. İndiyədk nə zamansa, ciddi xəstələndiyimi xatırlamıram. Məndən bu haqda soruşanda deyirəm ki, istəyirəm  sağlam ölüm.
-Səyahət xəstəliklərindən əziyyət çəkirsinizmi?
 
-Heç vaxt o mərəzlərə tutulmamışam.
-Hazırladığınız sevimli nahar ya saglıqlı qəhvəaltı?
-Çoxdur. Onları aşbazımız hazırlayır. Çay sevirəm. Onu çox yaxşı dəmləyirəm. Məndə elə çaylar var ki… Dünyanın ən məşhur çaylarını dəmləyirəm.Tibetdən Çin, Afrika, ABŞ və Yaponiyadan çaylar gətirirəm.
-Sağlıqlı həyat tərzində vacib olan amillərdən hansına əməl edirsiniz?
Çoxuna əməl edirəm. Sevgi və gözəl qadınlarla görüşmək. Siqaret və içkidən uzağam. Hərdən Anar müəlim deyir ki, gəlin, Çingizin xanımını sevindirək,  onu içirdək heç olmasa, bir dəfə sərxoş görsün. Narkotikanın adını,  dadını da bilmirəm.  Yatmaq bir az problemdir. İstirahət sözünü anlamıram. Kitab  yazanda dincəlirəm,  istirahət edirəm, yaşayıram. Düzdür,  desəm ki, son 3 gecədə üst-üstə 3-4 saat  yatmışam inanmazsınz.  Ancaq bu belədir. Dünən və bu  gün 176 səhifə yazmışam.
-Yazıçı üçün hansı önəmlidir; yuxu, istirahət, qidalanma, şəxsi həyat, ya heç biri?
Heç biri! Yazıçı üçün vacib yazmaq, istədiklərini kağıza köçürə bilməsidir. Yazıçı o vaxt yazmalıdır ki, özü dözə  bilməsin. Natiq  Rəsulzadə deyir ki, əgər bir az istedadın varsa, o səni belə basmalıdı ki, boğulasan. Yazıçı üçün  bu vacibdir.
-Geyim, parfum brenddirsə, saglıqlıdırmı?
Bəli. Brendləri sevirəm, bunu hamı bilir. Əlbəttə, brend sağlıq tərəfini daha çox düşünür. Əsərlərimdə qəhrəmanın həmişə kəməri, ayaqqabısı “Bally”, kostyumları “Brioni”, saatlar bəlli firmalardan olur. Hansısa otellerdə yatır. Neçə ildir  “Fahrenheit” parfumden istifadə edirəm. Adamlarda brend olanları sevirəm. Hətta burada otaqda da var. 20 ildir ona öyrəşmişəm. Evdə bu iy yayılanda uşaqlar deyir axı bu sənin qoxundur, ata. İş otağmda rəfdə dayanır.
-Sağlıqla bağlı heç kimə söyləmədikləriniz…
Məncə, kişi harasısa ağrıyanda  tez qaçıb müalicəyə getməməlidr. Heç bu  haqda xanımına  da deməməlidir. Özü dözməli, keçinməlidir. Bəlkə də düzgün deyil. Ancaq kişi özünü kişi kimi aparmalıdır. Bir az xəstələnəndə  uzanıb ağlamamalıdır. “Ay qoyma, xəstələndim, gəlin mənə baxın”- ,deməməli, nazlanmamalıdır.Belə şeyləri xoşlamıram. İndiyədək zökəmin nə olduğunu bilmirəm, şükür. Uşaqlıqdan  beləyəm. Evdə və küçədə ayaqyalın gəzə bilərəm. Amma zökəm olmaram. Yadma gəlmir, anginadan, ya da qrippdən əziyyət çəkim. Özümü sağlam göstərməyə çlışmıram. İki dəfə xaricdə yaralanmışam. Müharibədə olmuşam, kontuziya almışam. Amma buna baxmayaraq, düşünürəm sağlamlıq lazımdır. Atamla anam 80 yaşı keçmişdi, amma özlərinə yaxşı baxırdılar deyə, xəstəlikləri yox idi.
 
-Silahdan atəş, üzmək ya at çapmaq?
Silahdan atəş açmaq… Daha çox stimul verir.
-Müntəzəm həkim müayinəsi üçün kimə müraciət edirsiniz? Yerli, ya əcnəbi mütəxəsislərə?
-Əcnəbi həkim və mütəxəsislərə. Amma xanımım həkimdir, deyə həkim axtarmağa ehtiyac qalmır.
Təəssüf ki…. bu ifadəni sonuncu eşitdiyiniz gün keçirdiyiniz hisslər…
Təəssüf edəcəyəm! Əgər axırıncı gündürsə… Ancaq sabah deyəcəm ki, bilifrsiniz, 50 yaşım olanda soruşdular, həyatınızı dəyişərdinizmi, cavab vermişdim ,bir saniyəmi də dəyişməzdim. Bu gün həyatımdan keçən illərin 1 saatını da dəyişmərəm.
-“Bu mənim həyatımdırmi?” deyə özünüzə sual verirsinizmi?
-Bəli. Bu sualı hər gün özümə verirəm. Sonra da təsdiqləyirəm.  Bəli, bu, məmim həyatımdır.
Sağlamlıqda sevgi faktoru rol oynayırmı?
-Bəli, həm də çox! Ən vacib faktor həyatda elə sevgidir də…
-Şablondan uzaq səmimiliyin gətirdiyi rahatlıq…
 
-Şablondan uzaq olan hər şey rahatlıq gətirir. Səmimlik isə məxsusi rahatlıq yaradır.
Sizin üçün “Sağlamlıq Formulası” nədir?
-Mənim üçün sağlamlıq formulası  xəstələnməməkdir. Heç olmazsa, 100 il yaşamaqdır. 100 yaşında sağlam ölməkdir. Osman Sarıvəllinin yaxşı sözü var: “Kim 100 il yaşamasa, günah onun özündədir”…
AzerTaym.az






Fikirlər