Yod çatışmazlığı nələrə gətirib çıxarır?
Dəniz suyunda, bəzi bulaq sularında və az da olsa, tərəvəz və meyvələrdə olan yod, bədəndəki böyümə, beyin və sinir inkişafına yardım edən qalxanabənzər hormonunun güclənməsində rol oynayır. Qidalarla alınan yod, sürətli bir şəkildə bağırsaqlar tərəfindən sorulur və qalxanabənzər hormonun inkişafında istifadə edilir. Hər kəsin gündəlik qəbul etməsi zəruri bir yod miqdarının olduğunu bildirən mütəxəssislər, bu miqdarın uşaqlar üçün 90-120 mikroqram, yeniyetmələrdə 150 mikroqram, hamilə və ya süd verən qadınlarda isə, 250 mikroqram olduğunu qeyd etdilər. Məsələn, iki kasa qatıq, yarım çay qaşığı yodlu duz, ya da bir balıq 90-120 mikroqram yod tərkibinə malikdir. Orqanizm kifayət qədər yod ala bilmədikdə, qandakı miqdarı düşür və TSH adlı xəbərdaredici hormon miqdarı artır. Qalxanabənzər vəzi isə, TSH xəbərdaredici təsiri ilə qan miqdarını artırıb daha çox yod tutmaq üçün böyüməyə başlayır. Qalxanabənzər vəzinin bu böyüməsi "zob" yaradır. Beləliklə, qalxanabənzər hormonun istehsalı azalır.