TİBB Universitetində yeni CƏRRAHİYYƏ şöbəsi yaradıldı - burada KİŞİLƏRİN DÖŞLƏRİ kiçildiləcək
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında plastik, estetik və rekonstruktiv cərrahiyyə şöbəsi yaradılıb. Bu haqda ATU-dan bildirilib. Klinikanın III cərrahi xəstəliklər kafedrasının assenti, tibb üzrə fəlsəfə doktoru, Tədris Cərrahiyyə Klinikasının plastik, estetik və rekonstruktiv cərrahiyyə şöbəsinin müdiri Mirsaleh Abdullayev bildirib ki, şöbədə ən müasir tipli estetik və rekonstruktiv cərrahi əməliyyatlar həyata keçirilir: “Estetik əməliyyatlar sırasında üzgərmə, göz ətrafında blefaroplastika əməliyyataları, otoplastika əməliyyatları dodaqlarda dolğuların olunması, vurulmuş uğursuz dolğuların çıxarılması kimi bir çox estetik əməliyyatlar icra edilir. İndiyədək bu əməliyyatlar pərakəndə şəkildə bir çox şöbələrdə aparılırdı. Amma artıq iki həftədir ki, formalaşmış şöbə fəaliyyət göstərir. Şöbədə hazırda xarici mütəxəssislə yanaşı, iki nəfər yerli həkim çalışır. Burada palatalar, sarğı otaqları tam müasir formada hazırlanıb.Şöbəmizin nəzdində 3 ədəd tək nəfərlik, 3 ədəd cütlü palata pasiyentlərin ixtiyarına verilib”. Şöbə müdiri M. Abdullayev son illər ölkədə plastik cərrahiyyəyə təlabatın artdığını deyir: “Orta yaş və bir az artıq yaşlı xanımlarımız üzgərmə və göz ətrafında olan əməliyyatlara üstünlük verirlər. Gənc xanımlar isə əməliyyat yolu ilə süd vəzilərini böyüdürlər. Həmçinin bir neçə doğuş keçirmiş qadınlar abdominoplastikalar üçün müraciət edirlər. Orta çəkili qadınlar döş balacalatması, arıqladıqdan sonra qol ətrafında sallaqlıq kimi şikayətlərlə klinikaya üz tuturlar. Bu tip əməliyyatlar çox icra edirik”. Plastik, estetik və rekonstruktiv cərrahiyyə şöbəsinin xidmətlərindən təkcə qadınlar deyil, kişilər də faydalanırlar. M. Abdullayevin sözlərinə görə, kişilər üzərində əsasən blefaroplastika əməliyyatları həyata keçirilir: “Blefaroplastika - yəni gözaltı torbaların aradan qaldırılması kişiləri daha çox narahat edən problemlərdəndir. Həmçinin liposaksiya - qarın yağlarının ləğvi üçün müraciət edənlər var. Bundan başqa, ginekomastiya - döşlərin həddindən artıq böyük olması səbəbi ilə klinikamıza gəlirlər. Belə kişilərdə cərrahi yolla döşlər kiçildilir”. AzerTaym.az