Əliyev Medvedevlə GÖRÜŞDÜ - “BU, BİZİ ÇOX narahat edir”
AzerTaym.azAzərbaycanda rəsmi səfərdə olan Rusiya baş naziri prezident İlham Əliyevlə görüşüb.Rusiya KİV-i xəbər verir ki, Medvedev görüş zamanı Rusiya üçün Azərbaycan və Ermənistanla əlaqələrin eyni dərəcədə əhəmiyyətli olduğunu vurğulayıb.
Baş nazir, həmçinin regionda stabil sülhün bərqərar olacağına ümid etdiyini bildirib: “Rusiya münaqişənin nizama salınması üçün hər şeyi edəcək.
Bizim ölkələr arasında iqtisadi, humanitar sahələrdə çoxlu layihələr var. Məlumdur ki, indiki səfəri bu məqsədlər üçün maksimum istifadə etmək lazımdır. Açığı, Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağla bağlı gərginliyin olması bizi çox narahat edir”.
Prezident İlham Əliyev isə bildirib ki, Azərbaycan münaqişənin dinc yolla həllinə sadiqdir:
“Münaqişə zonasında gərginlik müşahidə edilir. Təəssüf ki, münaqişə öz həllini tapmır. Azərbaycanda 400-dən çox ev dağılıb, erməni təxribatı nəticəsində dinc əhali arasında ölənlər var”.
Bununla yanaşı, İlham Əliyev Rusiya hökumətinə Qarabağ münaqişəsində sülhün əldə edilməsi üçün göstərdiyi diplomatik vasitəçilik üçün təşəkkür edib: “Təəssüf ki, uzun illərdir ki, biz bu məsələdə həll yolunu tapa bilmirik, dövrü olaraq erməni tərəfinin silahlı təxribatı ilə üz-üzə qalırıq”.