Elman Rüstəmovun kürəkəni AZAD RƏHİMOVUN MÜAVİNİ OLACAQ

Gənclər və İdman Nazirliyində kadr islahatları həyata keçirilə bilər. Fanat.az xəbər verir ki, bu barədə gundelik-baku.com mötəbər mənbələrə istinadən xəbər yayıb. 

 

Deyilənə görə, yaxın vaxtlarda nazir müavini İsmayıl İsmayılov tutduğu görəvdən alına bilər. Bunun səbəbi nazir Azad Rəhimovla yanaşı, son günləp onun da fəaliyyətinin mətbuat tərəfindən tənqid atəşinə tutulmasıdır.

 

İsmayıl İsmayılovun yerinə təyin edilmə ehtimalı yüksək olan şəxsin kimliyi də bəllidir. Bu, Mərkəzi Bankın idarə heyətinin sədri Elman Rüstəmovun kürəkəni, "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri Əhməd Əhmədzadənin oğlu Cuma Əhmədzadədir. Məlumata görə, 1979-cu il təvəllüdlü Cuma Əhmədzadənin nazir müavini postuna namizədliyi artıq yuxarılara təklif olunub və müsbət cavab alınıb. 

 

 

Məlumat üçün deyək ki, hazırda Qax rayonunda olan "El Resort" beş ulduzlu otel, "Yaşıl park”, "Ulu”, "İmproteks”, "Ballı bulaq”, "Qafqaz”, "Eden Park Hotel", "Səngər qala” istirahət mərkəzləri, "Şəfa” istirahət və müalicə ponsionatı, "İlisu” ponsionatı və "Ulu Dağ” turizm mərkəzləri Cuma Əhmədzadənindir. 

 

Günel Rüstəmova 

 

O, Elman Rüstəmovun qızı Günel Rüstəmova ilə ailədir. Günel Rüstəmova 2005-ci ilin mayında Londonda “Gyunel Limited” şirkətini quraraq, onun direktoru olub. Daha sonra o, Cuma Əhmədzadə ilə evlənib. 2007-ci ilin aprelindən adı çəkilən şirkətin direktoru vəzifəsni Cuma Əhmədzadə həyata keçirir, Günel xanım isə hazırda ərinin rəhbərlik etdiyi “Gyunel Limited” şirkətinin katibidir. 

 

Məlumata görə, yaxın günlərdə Cuma Əhmədzadənin nazir müavini təyin olunması barədə sərəncam verilə bilər. 






Fikirlər