Azərbaycanda təkrar parlament seçkilərini 500-dən artıq yerli və 5 XARİCİ müşahidəçi izləyəcək
İyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Milli Məclisinə təkrar seçkiləri 500-dən artıq yerli 5 xarici müşahidəçi izləyəcək. “Report”un xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının sədriMəzahir Pənahov deyib. O bildirib ki, xarici müşahidəçilər Avropa Şurasını təmsil edirlər. MSK sədri qeyd edib ki, həmin dairə üzrə 40 məntəqə var, hər məntəqəyə 12-13 müşahidəçi düşür: "Həm imkanlar, həm də müşahidəçilərin sayı baxımından heç bir problem yoxdur. Məntəqələrin 20 faizində veb-kameralar quraşdırılıb".