19.03.2014. - Bu şəxslər niyə hərbi xidmətdə olmayıblar? Şok səbəb

19.03.2014. -  Bu şəxslər niyə hərbi xidmətdə olmayıblar? Şok səbəbFətullah Gülən hərəkatında olan və dövlət idarəçiliyində iştirak edən azərbaycanlılara hərbi xidmət keçməmək tapşırığı verilib.

Bu barədə vaxtı ilə "xidmət hərəkatı"nın içərisində olan insanlardan biri “Axar.az”a məlumat verib.

Məlumatda deyilir ki, Fətullah Gülənin "xidmət hərəkatı"ndan dövlət idarəçiliyində təmsil olunan insanların hərbi xidmət çəkmələri qadağan edilib. Bunu onunla izah edirlər ki, hərbi xidmət çəkən zaman onlar dini etiqadlarından uzaq düşürlər. İkinci səbəbi isə odur ki, onlar vəzifə ierarxiyasında geri düşürlər və bu itkləri geri qaytarmaq çətin olur.

Məlumatlı mənbə deyir ki, Gülən hərəkatına bağlı olan sıravi insanlar hərbi xidmət çəksə də, yüksək vəzifə tutması planlaşdırılan insanların heç birisi hərbi xidmət çəkməyib:

"Məsələn, Elnur Aslanov, Fərhad Məmmədov, Ceyhun Osmanlı, Elşad İsgəndərov kimi insanların heç biri hərbi xidmət çəkməyib".

Xatırladaq ki, adları sadalan şəxslərin heç birinin hərbi xidməti harada çəkməklərinə dair heç bir bilgi yoxdur.






Fikirlər