Hərbi çağırışla bağlı xidmət günün tələbləri səviyyəsindədir

Hərbi çağırışla bağlı xidmət günün tələbləri səviyyəsindədir
Dünən Sumqayıt şəhərində “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsi” mövzusunda keçirilən konfransda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov belə deyib
Media orqanları rəhbərlərinin iştirakı ilə keçirilən tədbirdə A. Rəhimov çağırış prosesi və həqiqi hərbi xidmətə çağırılanların tibbi müayinəsi, qeydiyyatı, həqiqi hərbi xidmətini başa vurmuş şəxslərin qeydiyyatı barədə media təmsilçilərinə məlumat verib. O, rəhbərlik etdiyi qurumun media ilə əməkdaşlığında maraqlı olduqlarını ifadə edib.

Xidmət rəisi mətbuatla olan münasibətə və problemə də diqət çəkib: “Sirr deyil ki, qurumun iş fəaliyyətində bəzi məqamlar mətbuata açıqlanmalı deyil. Bu, dövlətimizin təhlükəsizliyini təmin edən amildir. Bizim qurum media ilə əməkdaşlığı vacib hesab edir. Artıq ənənə də var. Bizim əsas işimizin görünən tərəfi gənclərlə bağlıdır. Onların orduya çağırılması, qeydiyyata alınması və s. işlər hərbi vətənpərvərlik ruhunda gənclərin tərbiyəsini təmin etməkdir. Bu gün bu iş bəzi mətbu orqanlarında aparılsa da, amma bu səviyyə bizi o dərəcədə qane etmir. Çünki, səfərbərlik mövzusunda daha geniş, dolğun yazılar yazılmalıdır. Rəhbrəlik etdiyim qurum haqqında dəqiq, obyektiv məlumat vermək üçün bizim sahə üzrə ixtisaslaşmış jurnaslitlərə ehtiyac var. Biz onlarla məşğələlər və kurslar keçirməyə hazırıq. Onlar bəzən yanlış məlumatlar yazırlar ki, bu da ictimaiyyət arasında müəyyən narahatçılığa gətirib çıxarır. Açığı mən iki qəzeti məhkəməyə də vermişəm. Məni təhqir ediblər. Barəmdə gerçəkliyə uyğun olmayana 40-dan artıq yazı dərc ediblər. Məsələn, yazırlar ki, guya mənim “Bugatte” markalı avtomobilim var. Digər bir xəbərə belə bir başlıq qoyublar: “Arzu Rəhimov kəfəni çırdı”. Bu başlıqlı xəbərdə yazılır ki, “fəaliyyətində nöqsanlar olan Arzu Rəhimov yenidən hökumətdə təmsil olundu”. Bir başqa xəbərdə yazılır ki, “Prezident İlham Əliyev ad gününü Ağcəbəddidə qeyd etdiyi halda, guya mən “Buta Palace”də ad günü ziyafəti təşkil etmişəm”. Orada video müşahidə kameraları var, gedib araşdırsınlar ki, mən orda özümə ad günü keçirmişəmmi? Əlbəttə, keçirməmişəm. Odur ki, barəmdə həqiqəti əks etdirməyən yazılar təəssüf doğurur. Mənimlə və Xidmətlə bağlı məlumatlar bizimlə dəqiqləşdirilsin, sonra yazılsın. Yenə qeyd edirəm, biz mediaya açığıq, əməkdaşlıq etməyi vacib hesab edirik”.

Xidmət rəisi daha bir narazılığını da dilə gətirib: “Qəzetlər yazırlar, insanlar narazılıq edirlər ki, xəstəliyi olan vətəndaşların orduya çağırılmasına göz yumulur. Vurğulayım ki, həqiqi hərbi xidmətə çağrılan şəxslərin sağlamlığının necə olması müvafiq həkim rəyindən sonra müəyyənləşir. Buna həkimlər məsuliyyət daşıyır. Həkim Komissiyası fəaliyyət göstərir, bu komissiya bizim tabeliyimizdə deyil. Həqiqi hərbi xidmətə çağrışla bağlı problemlərin aradan qaldırılması üçün həkim komissiyası və vətəndaşların çağırışdan qabaq qaydalarına dəyişiklik edilməlidir”.

A.Rəhimov şəhid ailələrinin dəqiq uçotunu aparmaq üçün təbirlərin görüldüyünü də bildirdi: “Kimin harda yaralanması, harada həyatını dəyişməsi barədə dəqiq məlumat olmalıdır. Eləcə də, hərbi mükəlləfiyyəti olan və ehtiyyata buraxılmış hərbi qulluqçuların qeydiyyatı təşkil olunacaq. Bəziləri bunu yanlış yozaraq guya kimlərinsə şəhid statusundan məhrum ediləcyi haqda uydurma təbligat aparırlar”.






Fikirlər