Ərdoğana sui-qəsdin arxasında kim dayanıb? - Həbs olunan generallar etiraf etdi
Türkiyədə hərbi çevrilişə cəhddə iştirak etdiklərinə görə həbs edilmiş generalların ifadələrinə və istintaqa əsasən müəyyən edilib ki, Türkiyə Prezidentinə qarşı sui-qəsd planının arxasında onun hərbi müşaviri Əli Yazıcı dayanır. Trend-in "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, məhz Ə.Yazıcı Prezident Rəcəb Tayyib Ərdoğanın koordinatlarını qiyamçılara verib. O, həmçinin məvacibinin 20 faizini Fətullah Gülən təşkilatına ödəyib. Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.