31.03.2014. - Soyqırım qurbanlarının xatirəsi anılır
AzerTaym.az ANS-ə istinadən məlumat verir ki, saat 10:00-dan başlayaraq Qubadakı kütləvi məzarlığına ziyarət başlanacaq. Ziyarətdə rayon rəhbərliyi, paytaxtdan gələn tanınmış şəxslər və digər məmurların iştirakı gözlənilir.
Quba məzarlığında ziyarətə səhər saatlarından başlanılıb və günün sonunadək 10 mindən artıq insanın ziyarət edəcəyi gözlənilir.
Quba məzarlığında ziyarətə ötən gündən başlanılıb. Ziyarətə gələnlər arasında tələbələr, şagirdlər və digər ziyalılar var.
Qeyd edək ki, Ermənilərin 1918-ci il martın 31-də azərbaycanlılara qarşı törətdiyi soyqırımından 96 il ötür. Sovet hakimiyyəti dövründə uzun illər bu qətliamın üstündən sükutla keçilsə də, Azərbaycan müstəqillik qazandıqdan sonra hadisələr öz siyasi qiymətini aldı. Prezident Heydər Əliyevin sərəncamı ilə 1998-ci ildən 31 mart azərbaycanlıların soyqırım günü kimi qeyd edilir.
1918 -ci ildə ermənilər tərəfindən Qubada vəhşicəsinə qətlə yetirilərək öldürülən dinc əhalinin basdırıldığı kütləvi məzarlıq 2007 ci ildə aşkar edilib.