“Xalqın teleradiosu onun güzgüsüdür” - Prezidentin köməkçisi

 ““Xalqın teleradiosu onun güzgüsüdür” - Prezidentin köməkçisi

“Azərbaycan televiziya yaradılması işində müsəlman şərqində birinci olub. Hər bir xalqın teleradiosu onun güzgüsüdür. Teleradio milli mədəniyətin ən yaxşı nümunələrini üzə çıxarır, onu təbliğ edir”.

“AzerTaym.az”-ın  Report-a istinadən xəbərinə görə, bu fikirləriAzərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycan Radiosunun 90, Azərbaycan Televiziyasının 60 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimində deyib.

Onun sözlərinə görə, teleradionun ən mühüm funksiyalarından biri də maarifləndirmədir: “Teleradio həm də tarixi özündə yaşadan bir vasitədir”.

Ə.Həsənov Azərbaycan televiziyasının müstəqillik illərində keçdiyi yola nəzər salıb: “Müstəqilliyin ilk illərində kütləvi informasiya vasitələri öz missiyalarını yerinə yetirə bilmirdi. Heydər Əliyevhakimiyyətə gəldikdən sonra bu sahə xeyli inkişaf etdi, senzura ləğv edildi. Heydər Əliyev deyirdi ki, teleradio nəsillər arasında bağlılığı təmin edir. Bu gün Azərbaycanda bütün sahələrdə olduğu kimi, media sahəsində də inkişaf hiss olunur. İnternetə çıxış imkanları artıb. Azərbaycan televiziyaları xeyli inkişaf edib. Bunun üçün bütün zəruri tədbirlər görülür”.

Prezident köməkçisi qeyd edib ki, hazırda 10 ümumrespublika, 13 regional televiziya fəaliyyət göstərir: “Prezident İlham Əliyev mediaya dövlət qayğısını sistemləşdirib. 2013-cü ildə jurnalistlər üçün bina tikilidi, istifadəyə verildi. Növbəti bina da tikilir, yəqin ki, 2017-ci ilin əvvəlində təhvil veriləcək”.

Ə.Həsənov əlavə edib ki, ölkə əhalisinin 85 faizi informasiyanı televiziyalardan alır.






Fikirlər