ƏLİ HƏSƏNOV: 'Dünya Azərbaycanlılarının İşadamları Birliyi yaradılmalıdır'

Əli Həsənov: 'Dünya Azərbaycanlılarının İşadamları Birliyi yaradılmalıdır'

“Dünya Azərbaycanlılarının İşadamları Birliyinin yaradılmasının zamanı artıb çatıb. Bu birliyin konfras da Bakı şəhərində keçirilməlidir”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Dünya Azərbaycanlılarının IV Qurultayının yekun iclasında deyib.
O bildirib ki, Dünya Azərbaycanılarının İşadamları Birliyinin yaradılması çox vacibdir: “Prezident İlham Əliyev dünyadakı azərbaycanlı iş adamlarını Azərbaycana dəvət edib, sərmayə qoymağa çağırıb. Dünya azərbaycanlıları yaşadıqları cəmiyyətlərə inteqrasiya etməlidirlər. Belə olanda azərbaycanlıların fəaliyyəti güclənir, cəmiyyətdə tanınırlar. Xarici ölkələrdə elə iş adamları var ki, parlament seçkilərində namizəd olanda kampaniyalarını maliyyələşdirə bilərlər. Biz onların potensialından istifadə etməliyik”.

 






Fikirlər