“Mən özüm də Şahbazla Dilqəmin işi ilə məşğulam”

“Şahbaz və Dilqəm nə ediblər ki ? Öz torpaqlarına gediblər də… Bu adamlar orada qeyri-qanunu heç nə etməyiblər”. 

Modern.az-ın xəbərinə görə, bunu deputat Cavid Qurbanov deyib. C.Qurbanov kəlbəcərli girovlar Şahbaz və Dilqəmdən danışarkən qeyd edib ki, özü şəxsən bu işlə ciddi məşğuldur: 
“Oğru elə bağırır ki, doğrunun bağrı yarılır. Hələlik düzgün olmayan həqiqət ermənilərin tərəfindədir. Bu adamlar da - Şahbaz və Dilqəm risk edib vətənlərinə getdilər və tutuldular. Mən özüm bu işlə məşğul oluram. Amma bəzi şeylər var ki, bunları açıqlamıram. Cənab prezident də özü bu işlə xüsusi məşğuldur. Cənab prezident Putinin və Sarkisyanın yanında da bu məsələni qaldırdı. Mən işim-gücüm ancaq onun ailəsinə kömək etməkdir. Əgər bilsəm ki, mən 2-3 adamla avtomat götürüb gedib Şahbaz və Dilqəmi azad edə biləcəyəmsə, onda gəlin gedək. Bununla məsələ düzəlir? Bu məsələni siyasi yolla həll etmək lazımdır. Bunu da ölkə prezidenti ən yüksək səviyyədə səsləndirib”. 
Cavid Qurbanov məsələnin detallarını tam açıqlamasa da söyləyib ki, xüsusi xidmət orqanları ilə yanaşı, özü də Dilqəm və Şahbaz məsələsi ilə məşğul olur: 
“Bu işlə Dövlət Təhlükəsizliyi Xidməti, Əsir və itkinlər üzrə Dövlət Komissiyası və mən məşğulam. Mən bunu reklam etmirəm. Bütün hər şey hesablananda təhlükəsizliyin əsas götürülməsinə hesablanır. Bir insan həyatının qiyməti yoxdur, bəlkə də milyardlara bərabərdir. Münaqişə öz həllini sülh yolu ilə tapsa, daha yaxşı olar. Əgər sülh olmasa, biz özümüz sülhü almalıyıq. Hər halda, bu işlər belə getməyəcək, hardasa sonu var. Azərbaycan da bəyan edib ki, bizim də səbrimizin tükənmə həddi var”. 






Fikirlər