“Rusiyada gördüyümüz işlər göz qabağındadır” – Polad Bülbüloğlu

trend_polad_bulbuloglu_090709_main

“Rusiyada yaşayan və çalışan azərbaycanlıların vəziyyətinin yaxşı olması üçün əlimizdən gələni əsirgəmirik. Çalışırıq ki, Azərbaycanı Rusiyada yaxşı təbliğ edək. Rusiyada yaşayan azərbaycanlılar bütün sahələrdə çalışırlar”

Bu sözləri Azərbaycanın Rusiyadıkı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Ölkə.Az-a bildirib. Onun sözlərinə görə, Azərbaycan səfirliyinin gördüyü işlər göz qabağındadır.
120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən seçilmiş deputat Astan Şahverdiyevin Rusiyada yaşayan azərbaycanlıların ünvanladığı təhqirəmiz fikirlərə gəlincə, səfir və səfirliyin bu barədə açıqlama vermək istəmədiyi bildirildi

Xatırladaq ki, dekabrın 24-də bir qrup rəsmi Biləsuvarda məskunlaşan məcburi köçkünlərlə görüşüb. Görüşə “Azərişıq” ASC-nin müavinləri, Cəbrayil rayon icra hakimiyyətinin başçısı və 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən seçilmiş deputat Astan Şahverdiyev qatılıb. Bununla bağlı millət vəkilinin AzadlıqRadiosuna verdiyi müsahibədə bildirib ki, Azərbaycan cəmiyyəti haqda Rusiyada çox pis fikir formalaşıb

“Səbəbi bilirsiniz nədir? Mən bunun səbəbini araşdırmışam. Rusiyaya gedənlər kimlərdir? Bizim cəmiyyətin “otxodları”dır. Gedib bazarda işləyənlər. İndi burda baş qaldıranlar da… Hər yerdə belə tör-töküntülər var”, – deyə millət vəkili bildirib.

 






Fikirlər