Ayaz Mütəllibov Maliyyə Nazirliyinə hesabat VERİR

Qanunvericiliyə əsasən  keçmiş prezidentə digər təminatlar verilir. Bu məsələlər “Eks-prezidentlər haqqında” qanunla tənzimlənir.

Qanunda göstərilib ki, eks-prezidentlərə tibbi təminat və digər təminatlar verilir. Qanunun 10-cu maddəsinə görə, keçmiş prezidentə aşağıdakı digər təminatlar verilir:

Təminat heyəti, üç nəfərdən artıq olmayan təhlükəsizlik heyəti, bir sürücü, nəqliyyat, dövlət tərəfindən təqdim edilən bir avtomobil, nümayəndəlik xərclər.

Həmin maddənin 3-cü bəndində qeyd edilib ki, keçmiş dövlət başçısına Azərbaycan Prezidenti vəzifəsində olan şəxsin əsas aylıq əmək haqqının 20 faizinə bərabər tutulan aylıq nümayəndəlik xərcləri ödənilir.

Həmin  təmsilçilik xərclərinin istifadəsinə dair illik hesabat hər il dekabrın 31-dək müvafiq icra hakimiyyəti orqanına təqdim edilir. Eyni zamanda, 10-cu maddənin 4-cü bəndinə əsasən, keçmiş Prezidentə və onun arvadına ömürlük diplomatik pasport verilir.

Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov Modern.az-a açıqlamasında ömürlük diplomatik pasport məsələsinə aydınlıq gətirib.

Mənə və həyat yoldaşıma ömürlük diplomatik pasport verilib.  Rusiyadan Azərbaycana gəldiyimiz günün səhəri diplomatik pasportu bizə təqdim ediblər. Bununla bağlı heç bir problem yoxdur. Diplomatik pasportdan istifadə etmək məsələsinə gəlincə, bundan bir neçə dəfə istifadə etmişik. Həyat yoldaşım və mən müayinə olunmaq üçün Moskvaya gedəndə bundan yararlanmışıq”.

Eks- prezident onu da bildirib ki, təmsilçilik xərclərinə dair Maliyyə Nazirliyinə  illik hesabat təqdim edir.

“Təmsilçilik xərclərinin istifadəsinə dair illik hesabatı hər il Maliyyə Nazirliyinə təqdim edirik. Həmçinin diplomatik pasportla bütün xarici ölkələrə gedə bilərik. Amma getməmişik. Əsasən Moskvaya getmişik”.

AzerTaym.az

 






Fikirlər