Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Dəmir Yolu Vağzalında yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar.
11:15
***
Dövlət başçısI İlham Əliyev və xanımı Mehriban Əliyevaya vağzal binasında yaradılan situasiya mərkəzi barədə də məlumat verilib. Mərkəzdən müşahidə kameraları vasitəsilə vağzal ərazisinə nəzarət olunur.
Vağzal binasının ikinci mərtəbəsində 2 saylı "ASAN kommunal” fəaliyyət göstərir. Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov dövlət başçısına və xanımına mərkəz barədə məlumat veriblər.
Dövlət başçısı və xanımı dəmir yolu platformasında müxtəlif istiqamətlərdə hərəkət edən qatarların dayanacaqları və sərnişinlər üçün yaradılan şəraitlə tanış olublar. Vağzalın 7 platforması və 8 yolu da görülən işlər çərçivəsində təmir olunub, platformalarda ikitərəfli oturacaqlar quraşdırılıb. Burada aparılan əsaslı yenidənqurma işləri zamanı rəsmi nümayəndələr zalı da müasir səviyyədə təmir olunub.
AzerTaym.az