Cavid Qurbanov Bakı sərnişin stansiyasındakı yenidənqurma işləri ilə tanış oldu - FOTOLAR

Bakı sərnişin stansiyasında aparılan yenidənqurma işlərini bu ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulub.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dənModerator.az-a məlumat verilib.
Məlumatda bildirilir ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Bakı-sərnişin stansiyasında aparılan yenidənqurma işləri ilə tanış olub.
Stansiyada əsaslı təmir işlərinə 2015-ci ilin mart ayında start verilib. Vağzalın əsas binasının fasadı, memarlıq üslubunun saxlanması şərtilə, yenidən qurulacaq, vağzal binasının daxilində tam yenidənqurma işləri görüləcək. Bilet kassaları, saxlama kameraları, sərnişin platformaları müasir üslubda əsaslı təmir olunacaq, eskalatorlar yenisi ilə əvəzlənəcək. 

Vağzalın təmiri ilin sonuna qədər başa çatacaq - FOTOLARHazırda stansiyada tunellərin və beşinci platformanın tikintisi davam edir. Sürətlə davam edən əsaslı təmir işlərinin 2016-ci ilin sonunda başa çatması nəzərdə tutulur.
“Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov təmir-tikinti işlərinə baxış keçirəndən sonra öz tapşırıq və tövsiyələrini verib.
Məlumat üçün deyək ki, XIX əsrin memarlıq abidələrindən olan Bakı sərnişin vağzalı 1884-cü ildə istifadəyə verilib. Vağzal binasının Mavritaniya üslubunda təqdim olunan ilk layihəsinin müəllifi Bruni,rəssamı Drittenpreys, memarı N.L.Qlebov olub, tikinti işlərinə isə memar L.Z.Rossi başçılıq edib. Bakı dəmir yolu vağzalı zəmanəsinin çox gözəl, Avropa və Şərq memarlıq elementlərinin üzvü surətdə qovuşduğu orijinal memarlıq kompleksidir.1977-ci ildə Bakı-sərnişin stansiyasında yeni vağzal binası tikilib. Sərnişinlərə xidmət üçün nəzərdə tutulan və mehmanxanası olan 16 mərtəbəli vağzal Zaqafqaziyada eyni tipdən olan obyektlərin ən böyüyü idi.

Vağzalın təmiri ilin sonuna qədər başa çatacaq - FOTOLAR

 






Fikirlər