Prezident və ailəsi Uşaq Bərpa Mərkəzində

“Prezident və ailəsi Uşaq Bərpa Mərkəzində

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakıda Uşaq Bərpa Mərkəzinin yenidənqurmadan sonra açılışı olub.

"AzerTaym.az" AzerTac-a istinadən xəbər verir ki, prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva tədbirdə iştirak ediblər.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov görülən işlərlə bağlı dövlət başçısına məlumat verdi. Bildirildi ki, Uşaq Bərpa Mərkəzi 2003-cü ildən fəaliyyət göstərir. Binada indiyədək əsaslı təmir və yenidənqurma işləri aparılmayıb. 2015-ci ildə mərkəzdə başlayan yenidənqurma işləri yüksək səviyyədə başa çatıb.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Uşaq Bərpa Mərkəzində yaradılan şəraitlə tanış olublar.






Fikirlər