Prezident və birinci xanım yol açılışında...

“İlham Əliyev yeni yolun açılışını etdi

Dekabrın 26-da Qala-Pirallahı avtomobil yolunun ikinci hissəsinin açılışı olub.

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlət başçısına məlumat verib.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.
***
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 26-da Bakı şəhəri Binə qəsəbəsinin Əli İsazadə küçəsində yenidənqurmadan sonra görülən işlərlə tanış olublar.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov küçədə görülən yenidənqurma işləri barədə dövlətimizin başçısına məlumat verib.

Prezident İlham Əliyev küçənin rəmzi açılışını bildirən lenti kəsib.






Fikirlər