"Dağlıq Qarabağda yaradılmış qondarma rejim dünyanın müxtəlif nöqtələrində terror mahiyyəti daşıyan "kvazidövlət”lərin yaradılmasında nümunə, "işçi model” oldu. Mən bir neçə il əvvəl geniş məqalə ilə çıxış edərək bildirdim ki, qondarma "DQR” və İŞİD ümumi tipoloji xüsusiyyətlərə malikdirlər. Yəni İŞİD-in yaranmasında Qarabağda yaradılmış qondarma rejimin nümunəsindən istifadə edib”.
Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə rusiyalı politoloq Oleq Kuznetsov fevralın 20-də qondarma "DQR”-də keçriləcək "referendumu” şərh edərkən deyib.
Onun sözlərinə görə, Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan rejim terror mənşəyinə malikdir: "Orada keçiriləcək "referendum aktı” tamamilə qanunsuzdur və heç bir hüquqi əsasa malik deyil”.
Qarabağda yeni müharibənin başlaması ehtimalını şərh edən Oleq Kuznetsov qeyd edib ki, istənilən hərbi toqquşma İrəvan rejiminin fiziki və siyasi mövcudluğunun yeganə mənbəyidir.
"Erməni hərbiçilərinin səyinin Qarabağda yeni eskalasiyaya səbəb olacağı ehtimalı məni narahat edir. Bundan qaçmaq və toqquşmanın qarşısını almaq heç cür mümkün görünmür”, - deyə o bildirib.
AzerTaym.az