Tillersondan Qarabağla bağlı AÇIQLAMA

rex+tillerson1

“ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini fəal şəkildə dəstəkləməyə davam edəcək”.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Reks Tillerson Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla telefon danışığı zamanı deyib.

Ermənistan XİN-in mətbuat xidmətinin məlumatına görə, söhbət zamanı Tillerson və Nalbandyan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə atılan addımlar haqqında fikir mübadiləsi aparıblar. Keçən il Vyana və Sankt-Peterburqda keçirilmiş görüşlərdə əldə olunmuş razılaşmaların həyata keçirilməsinin zəruriliyi vurğulanıb.






Fikirlər