22.08.2014- Yezidi kürdlərin Qarabağa axını Azərbaycana nə vəd edir?

22.08.2014- Yezidi kürdlərin Qarabağa axını Azərbaycana nə vəd edir?İlham İsmayıl: “Bu kimi problemlərin yalnız bir həlli yolu var...”
“Bu da torpaqların azad edilməsindən keçir”


Azərbaycanın işğal edilmiş torpaqlarında yezidi kürdlərin məskunlaşdırılması ilə bağlı informasiyalar yayılmaqdadır. Maraqlıdır, yezidi kürdlərin Qarabağda yerləşdirilməsi ölkəmizə nə vəd edir? Bu məskunlaşma Azərbaycan üçün yeni baş ağrısına səbəb ola bilərmi?

Moderator.az-a açıqlama verən təhlükəsizlik məsələləri üzrə ekspert, sabiq MTN əməkdaşı İlham İsmayıl indiki məqamda bunun Azərbaycan üçün ciddi önəm kəsb etmədiyini vurğuladı. Ekspertin sözlərinə görə, Qarabağ hazırda Azərbaycanın nəzarəti altında olmadığı üçün ermənilərin ora istənilən xalqın təmsilçilərini yerləşdirməsi mümkündür:
“Reallıq bundan ibarətdir ki, bu gün Azərbaycan işğaldakı ərazilərə nəzarət edə bilmir. Məhz buna görə də indiki məqamda həmin torpaqlarda kimin yerləşdiirlməsinin bizim üçün elə bir əhəmiyyəti yoxdur. O torpaqları azad edəndən sonra, həmin torpaqlar bizə qayıdandan sonra isə ordakı işğalçının ermənimi, yoxsa yezidi kürdmü olmasının bizim üçün yenə heç bir əhəmiyyəti olmayacaq”.

22.08.2014- Yezidi kürdlərin Qarabağa axını Azərbaycana nə vəd edir?

İ.İsmayılın fikrincə, bu və bu kimi problemləri həll etməyin ən effektiv yolu işğaldakı torpaqları azad etmək və Azərbaycanın ərazi bütövlüyünə nail olmaqdır:
“Bu gün ermənilər bizim nəzarət edə bilmədiyimiz torpaqlarda hansısa millətin nümayəndələrini yerləşdirirlərsə, bu, hələ o demək deyil ki, bu torpaqlar onların olacaq. Biz indiki məqamda o torpaqlara nəzarət edə bilmədiyimiz üçün ermənilərə ora istənilən millətimn təmsilçilərini gətirə bilərlər. Biz bütün bu arzuedilməz tendensiyalara o zaman son qoyacayıq ki, həmin torpaqları azad edək. Məhz bununla bütün bu problemlər öz həllini tapacaq”.


Seymur Əliyev






Fikirlər