Əbədiyaşarlıq rəmzi - Əli Həsənov Heydər Əliyevdən YAZDI
XX əsrin sonlarında yenidən müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasında hüquqi, demokratik dövlət quruculuğu və vətəndaş cəmiyyətinin inkişafı istiqamətində həyata keçirilən siyasi islahatlar strategiyası ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanın ən mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərlik etmək məsuliyyətini öz üzərinə götürmüş bu görkəmli dövlət xadimi xilaskarlıq və quruculuq missiyasını şərəflə yerinə yetirməklə xalqımızın tarixində silinməz izlər qoymuşdur. 1990-cı illərin əvvəllərində yaranmış tarixi şərait Azərbaycanda hüquqi, demokratik siyasi sistemin və vətəndaş cəmiyyətinin formalaşması, xalqımızın vahid amal, milli-mənəvi dəyərlər ətrafında sıx birləşməsi, ictimai həmrəyliyin yaradılması və ölkənin bazar iqtisadiyyatı yolu ilə inkişafına nail olunması üçün çoxşaxəli islahatlar strategiyasının hazırlanaraq həyata keçirilməsini zəruri edirdi. Azərbaycanı dayanıqlı ictimai-siyasi sabitliyə malik olan, müstəqil, demokratik və dünyəvi bir ölkə kimi dünyaya tanıtmaq hakimiyyətin qarşısında mühüm vəzifələr qoyurdu. Lakin həmin dövrdə iqtidarda olan qüvvələr xalqı ümummilli maraqlar ətrafında səfərbər edən, onun kimliyini, yaratdığı dövlətin və siyasi sistemin xarakterini, mənəvi dəyərlərini qoruyub saxlayacaq məqsədyönlü siyasət həyata keçirə bilmədi. Keçmiş ictimai-siyasi sistemdə formalaşmış bütün dəyərlərdən, o cümlədən elmi, intellektual və mənəvi potensialdan kütləvi şəkildə imtina meyli cəmiyyətdə ciddi siyasi-ideoloji boşluq yaratdı. Bu cür həssas bir dövrdə respublikada hökm sürən iqtisadi və siyasi böhranın aradan qaldırılması, ictimai-siyasi sabitliyin yaradılması, demokratik siyasi sistemə və bazar iqtisadiyyatına keçidin təmin edilməsi məqsədilə çoxşaxəli islahatlar aparmaq səriştəsinə malik, əhalinin əksəriyyəti tərəfindən dəstəklənən milli liderə ehtiyac olduğu özünü göstərməyə başladı. 1993-cü ildə görkəmli dövlət xadimi Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanda hüquqi, demokratik dövlətin və vətəndaş cəmiyyətinin yaradılması istiqamətində elmi-nəzəri əsaslara söykənən siyasi islahatlar strategiyası həyata keçirildi. Bu islahatlar xalqımızın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, respublikamızın demokratik yolla inkişafına nail olunması, hüquqa, ədalətə söykənən vətəndaş cəmiyyətinin əsasının qoyulması, insanların azad, sərbəst yaşaması və qanunun aliliyinin təmin edilməsində böyük rol oynadı. Azərbaycanın müstəqil milli inkişafı ilə bağlı Heydər Əliyevin siyasi dünyagörüşü və konseptual yanaşması ilk dəfə hələ SSRİ dağılmamışdan qabaq - 1991-ci ilin əvvəllərində Azərbaycan parlamentinin tribunasından dediyi fikirlərdə öz əksini tapmışdır. Onun həmin dövrdə parlament müzakirələrində səsləndirdiyi təklif və mülahizələr müstəqilliyə doğru uzanan yolda irəli sürülən yeganə rasional, praqmatik və uzaqgörən fəaliyyətin parlaq nümunəsi idi. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilərkən respublikanın demokratik yolla inkişafının zəruri olduğunu vurğulayaraq bildirmişdir: “Müstəqil Azərbaycanda demokratiya inkişaf etdirilməlidir. Siyasi plüralizmə geniş yol verilməlidir. Azərbaycan Respublikasında Konstitusiyanın pozulmasına, qanun pozuntularına yol verilməməlidir. Dövlət quruculuğu və cəmiyyətin formalaşması məhz demokratik prinsiplər əsasında olmalıdır. Siyasətdə və iqtisadiyyatda sərbəstlik, hürriyyət, insan azadlığı, insan hüquqlarının qorunması və sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı prinsipləri bərqərar olmalıdır”. Ümummilli lider respublika Prezidenti seçildikdən sonra 1993-cü il oktyabrın 10-da Andiçmə mərasimindəki çıxışında da müstəqil Azərbaycan dövlətinin demokratik dəyərlər əsasında inkişaf edəcəyini bir daha bildirərək demişdir: “Müstəqil Azərbaycan Respublikasının qarşısında duran əsas vəzifələrdən biri respublikanın dövlət quruculuğunu təşkil etməkdir. Bizim yolumuz aydındır, bunu dəfələrlə bəyan etmişik. Yolumuz demokratiya yoludur. Müstəqil Azərbaycanda demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək, demokratik dövlət quruculuğu yolu ilə getməlidir”. * hüquqi dövlətin və vətəndaş cəmiyyətinin formalaşıb inkişaf etməsi üçün demokratik tələblərə cavab verən ölkə Konstitusiyasının yaradılması; * xalqın öz iradəsini seçkili orqanlar vasitəsilə ifadə etməsi üçün demokratik standartlara uyğun hüquqi qanunvericilik sisteminin formalaşdırılması; Antiazərbaycan mövqe tutan daxili və xarici dairələrin təxribatlarına baxmayaraq, Heydər Əliyevin respublikada ictimai-siyasi sabitliyi bərpa etməsi demokratik islahatların aparılması üçün əlverişli şərait yaratdı ki, bu, həm müstəqil dövlət quruculuğu proseslərinin sürətlə getməsində, həm də yeni iqtisadi-siyasi sistemin formalaşmasında mühüm rol oynadı. Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk illərdə milli birliyə qarşı yönəlmiş siyasi təhdidlər respublikada daxili sabitliyin, ictimai-siyasi və sosial-etnik təhlükəsizliyin təmin olunmasını, vətəndaş həmrəyliyinin yaradılması və digər ciddi məsələlərin həllini tələb edirdi. Buna görə də siyasi islahatlar aparılarkən milli təhlükəsizlik sisteminin mühüm tərkib hissələrindən biri olan ictimai-siyasi, sosial-etnik təhlükəsizliyin təmin edilməsi, cəmiyyətdəki köklü dəyişikliklərin xalqımızın maraqlarına təsirinin öyrənilməsi və nəzərə alınması vacib amillərdən biri oldu. Azərbaycanda ictimai-siyasi sabitliyin, qanunçuluğun və vətəndaş birliyinin təmin olunması siyasi islahatların əsas hədəflərindən birinə çevrildi ki, bunun da nəticəsində respublikada hökm sürən xaos və dağıdıcı qüvvələrin cinayətkar fəaliyyəti aradan qaldırıldı, dövlət və cəmiyyət həyatının bütün sahələrini əhatə edən quruculuq işləri vüsət aldı. Heydər Əliyevin xalqı səfərbər edərək öz arxasınca apara bilən lider olması ilə yanaşı, müstəqil Azərbaycan dövlətinin qurucusu kimi yaradıcı şəxsiyyət keyfiyyətləri yenidən bariz şəkildə təcəssüm olundu. Ümummilli lider mürəkkəb xarici-siyasi vəziyyətdə, yeni dünya nizamının tələblərini və geosiyasi reallıqları nəzərə almaqla Azərbaycan dövlətinin milli inkişaf strategiyasını müəyyənləşdirdi və elmi-siyasi, tarixi cəhətdən əsaslandırdı. Heydər Əliyevin Azərbaycanda ictimai-siyasi sabitliyi yaratdıqdan sonra dövlət quruculuğunun hüquqi bazasının formalaşdırılması istiqamətində gördüyü işlər milli müstəqilliyin qorunub saxlanması və möhkəmlənməsində böyük əhəmiyyət kəsb etdi. Ulu öndərin birbaşa təşəbbüsü ilə hazırlanaraq 1995-ci ildə ümumxalq səsverməsi nəticəsində qəbul olunmuş Azərbaycanın Respublikasının Konstitusiyası ilə hakimiyyət bölgüsü prinsipi, demokratik, dünyəvi dövlət quruculuğunun hüquqi əsasları, insan hüquq və azadlıqlarının təmin olunması və s. bünövrəsi qoyuldu. Bu sənəd müstəqil Azərbaycanda dövlət quruculuğunun sarsılmaz təməllərini yaratdı, cəmiyyətdə milli həmrəylik və tolerantlığın, humanizmin özünə mühüm yer tutmasını təmin etdi. 1993-cü ildən həyata keçirilən tədbirlər - milli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması, azad, plüralist cəmiyyət quruculuğu, qeyri-hökumət təşkilatlarının və müstəqil mətbuatın yaradılması sahəsində atılan mühüm addımlar, çoxpartiyalı sistemin formalaşması, onun əsasında ilk parlament seçkilərinin keçirilməsi, mətbuat və informasiya üzərindən bütün dövlət tənzimləyici mexanizmlərin götürülməsi, senzuranın ləğvi və s. ölkəmizin beynəlxalq aləmdə demokratik imicini formalaşdıraraq dünya dövlətlərini onunla daha geniş əməkdaşlığa ruhlandırdı. Siyasi islahatlar yeni ictimai münasibətlərin inkişafını təmin edib ölkədaxili demokratiyanın səviyyəsini Avropa standartlarına uyğunlaşdırdı ki, bu da 2001-ci ildə Azərbaycanın Avropa Şurasına daxil olması, Avropa Birliyi ilə tərəfdaşlıq münasibətləri yaratması, dünyanın nüfuzlu təsisatlarına inteqrasiyası və s. ilə nəticələndi. Siyasi islahatlar ədalətli cəmiyyət və sosialyönümlü dövlətin möhkəmlənməsini, vətəndaşların sosial-iqtisadi və mənəvi tələblərinin dolğun təminatını, habelə maddi resursların insan potensialının inkişafına yönəldilməsini şərtləndirdi. Müstəqil dövlətin siyasi-ideoloji əsaslarının, idarəçilik mexanizminin yaradılması və milli inkişaf konsepsiyasının formalaşdırılması istiqamətində Heydər Əliyevin gördüyü işlər bir tərəfdən Ermənistanla hərbi qarşıdurma, digər tərəfdən isə Azərbaycanı təsir altında saxlamaq istəyən daxili və xarici güclərlə kəskin mübarizə şəraitində baş tutmuşdur. Lakin ümummilli lider bu çətinliklərə baxmayaraq, özünün şəxsi nüfuzu, siyasi uzaqgörənliyi, böyük idarəçilik təcrübəsi sayəsində bütün milli resursları vahid amal uğrunda səfərbər etmiş, Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlayaraq, onu sabit inkişaf yoluna çıxarmış və müstəqil subyekt kimi beynəlxalq aləmlə sıx inteqrasiyasına nail olmuşdur. Heydər Əliyevin 1993-2003-cü illərdə irəli sürdüyü ideya və fikirlər, siyasi və sosial-mənəvi sahədə reallaşdırdığı kurs, praktiki tədbirlər bir ictimai-siyasi sistemdən digərinə keçidin, demokratik cəmiyyətin, habelə ictimai həyat normalarının əsaslarını yaratmışdır. Ümummilli liderin siyasi-ideoloji baxışları sosializm sistemindən azad olaraq müstəqillik yolu tutmuş, lakin region və dünya güclərinin üst-üstə düşməyən, kəsişən maraqları ilə üz-üzə qalmış, getdikcə qloballaşan dünyada öz yerini axtaran, milli maraqlarını və təhlükəsizliyini qorumağa çalışan gənc Azərbaycan dövləti üçün böyük əhəmiyyət daşıyır. Heydər Əliyevin uzaqgörən siyasəti uzun illər öz dövlətçiliyindən, milli-mənəvi köklərindən ayrı salınmış xalqımızın özünəqayıdış və özünütəsdiqində mühüm, səfərbəredici funksiya yerinə yetirmiş, dövlət strukturlarının rəsmi və praktiki fəaliyyətinin, həyata keçirilən iqtisadi-siyasi, hüquqi və sosial-mənəvi proqramların əsasında dayanmışdır. Siyasi islahatlar yeni şəraitdə azərbaycançılıq ideyasının - ümumvətəndaşlıq, vətənə bağlılıq, Azərbaycan dilinə və mədəniyyətinə sevgi, dövlətin sevinci və kədəri, dəyərləri və problemləri qarşısında ümumi və bərabər məsuliyyət hissi daşımaq kimi yeni konfiqurasiyanın - milli inkişaf siyasətinin ideoloji əsaslarını ortaya qoydu. Heydər Əliyev ölkə vətəndaşlarını vahid ideya və məqsəd ətrafında birləşdirəcək milli ideologiya məsələsini ümumdövlət səviyyəsinə qaldırdı. Azərbaycançılığın müstəqil dövlətin bütün əhalisinin ali ideologiyasına çevrilməsi və milli birliyin təmin olunmasından irəli gələn məsələlər ictimai-siyasi, elmi və yaradıcı dairələrin müzakirəsinə çıxarıldı. Azərbaycançılıq ideologiyasının təməlində dayanan milli-mənəvi dəyərlər - ana dili və milli mədəniyyət, tarixi keçmişlə bağlı olan adət-ənənələr, azərbaycanlıları tanıdan və fərqləndirən bütün atributlar qorunub saxlanılaraq inkişaf etdirildi. Bütün bunların nəticəsidir ki, Heydər Əliyevin indiyə qədər toplanılmış nəzəri-siyasi irsi müstəqil Azərbaycan dövlətinin əsasları və milli inkişafı haqqında zəngin mənbəşünaslıq bazası, bitkin bir təlim hesab olunur. Bu təlimin bir çox tezisləri 1992-ci ildə Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı ümummilli liderin ölkə ziyalılarına ünvanlanmış müraciətində, partiyanın proqramında, digər hissəsi isə 1993-2003-cü illərdə prezidentlik fəaliyyəti dövründə qəbul edilmiş ayrı-ayrı dövlət proqramlarında, səsləndirdiyi fikir və mülahizələrdə, çıxışlarında, ortaya qoyduğu nəzəri-siyasi ideyalarda öz əksini tapmışdır. Heydər Əliyev milli ideologiyanı Azərbaycanın tarixi keçmişi, dövlətçiliyinin dünəni, bugünü və gələcəyi, ölkədə yaşayan millət və xalqların adət-ənənələri ilə sıx şəkildə əlaqələndirdi. Bu məqsədlə dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün Azərbaycan vətəndaşlarının vahid dövlətçilik ətrafında birləşdirilməsi üçün ciddi iş aparıldı. Azərbaycançılıq ideyası ölkənin milli-etnik xüsusiyyətlərinə və onun müasir inkişaf tələblərinə uyğunlaşdırıldı. Heydər Əliyevin bu sahədə həyata keçirdiyi islahatlar xalqımızın qədim dövlətçilik ənənələrinin üzə çıxarılaraq müasir tarixi dəyərlərlə sintezində əvəzsiz rol oynamışdır. Heydər Əliyevin apardığı siyasi islahatlar həm ictimai şüurun, həm də cəmiyyətin inkişaf qanunauyğunluqlarına söykənirdi və belə bir ideya əsas götürülürdü ki, yeni siyasi-iqtisadi sistemə keçid prosesi mexaniki şəkildə, ani və sıçrayışlı yolla mümkün deyil. Bu, bir tərəfdən ictimai-siyasi və iqtisadi sistemin uzun illər formalaşmış strukturları arasındakı əlaqələrin tez bir zamanda qırılmasının qeyri-mümkünlüyü ilə bağlıdırsa, digər tərəfdən də mənəvi-psixoloji amillərlə əlaqədardır. Bunu nəzərə alan Heydər Əliyevin sözlərinə görə, bir ölkədə hətta inqilabi dəyişikliklər belə köhnə sistemi dərhal dəyişdirmir, onu yeni bir sistemlə əvəz etmir, inqilab köhnəni vurub dağıdır, ancaq ondan fərqli sistem yaratmaq üçün müəyyən vaxt və illər lazımdır. Buna görə də siyasi islahatlar həyata keçirilərkən sosial sistemləri dağıdıb yenidən vaxt və qüvvə sərf etmədən, öz daxili enerjisi hesabına dəyişdirərək, proseslərin təbii gedişini istiqamətləndirmək taktikasına üstünlük verilmişdir. Heydər Əliyev dühasının əzəməti həm də ondadır ki, o, təkcə öz dövrünün nəbzini tutmaqla məhdudlaşmadı, ölkəni ictimai-siyasi, sosial-iqtisadi inkişafın birinci fazasından uğurla çıxarmaq missiyasını başa vurdu və bununla kifayətlənməyərək, vaxtında ikinci fazanın təməl daşını qoydu, bu mərhələdə ölkəyə rəhbərlik edə biləcək yeni siyasi güc mərkəzini yaratdı. Bəzi qonşu ölkələrdən fərqli olaraq, Azərbaycan yeni iqtisadi sistemin üstqurumu kimi ortaya çıxan siyasi dünyagörüşü və yeni siyasi lideri müxalifətdə deyil, iqtidar partiyasının içərisində yetişdirdi. Ümummilli liderin adı ilə bağlı olan siyasi islahatlar strategiyasının hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun olaraq təkmilləşdirilib uğurla həyata keçirilməsi Azərbaycanın müstəqil dövlət kimi mütərəqqi inkişafında və dünya birliyində böyük nüfuz qazanmasında mühüm rol oynayır. Əli HƏSƏNOV, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, YAP İdarə Heyətinin üzvü
Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanın milli inkişaf siyasətinin, gələcək ictimai-siyasi, sosial-iqtisadi və mədəni-mənəvi inkişafının əsasları qoyuldu, daxili və xarici siyasətin məqsəd və vəzifələri, prinsip və xüsusiyyətləri, əsas istiqamətləri və prioritetləri müəyyən edildi. Dövlət müstəqilliyini möhkəmləndirən, yeni ictimai münasibətlərə, demokratik normalar və siyasi plüralizmə əsaslanan vətəndaş cəmiyyəti modelinə keçidi təmin edən siyasi islahatlar strategiyasının əsas hədəfləri sırasında:
* vətəndaşların hüquq və azadlıqlarının, onların sosial, siyasi, dini, irqi mənsubiyyətindən asılı olmayaraq ictimai-siyasi proseslərdə iştirakının təmin edilməsi;
* çoxpartiyalı siyasi sistemin inkişaf etdirilərək təkmilləşdirilməsi;
* cəmiyyətin intellektual, siyasi resurslarının müstəqil dövlət quruculuğu prosesinə cəlb edilməsi;
* ölkə vətəndaşlarının ümummilli ideoloji dəyərlər və ictimai-siyasi məqsədlər ətrafında birləşməsinin təmin olunması;
* demokratik siyasi mədəniyyətin formalaşdırılması və s. mühüm yer tuturdu.
Respublikanın milli təhlükəsizliyinə qarşı yönəlmiş təhdidlərin aradan qaldırılmasının əsas və ən mühüm şərtini ictimai-siyasi sabitliyin təmin olunmasında görən Heydər Əliyev bəyan edirdi ki, nəyin bahasına olursa-olsun ölkə daxilində xaos və qarşıdurma cəhdlərinə qarşı qətiyyətli mübarizə aparacaq, qanunçuluğu və milli dövlətçiliyi möhkəmləndirmək üçün bütün imkanlardan istifadə edəcəkdir. Buna görə də müxtəlif vaxtlarda daxili və xarici dairələrin ölkəmizin konstitusiya quruluşunu sarsıtmaq, ictimai-siyasi sabitliyi pozmaq, etnik münasibətləri kəskinləşdirmək cəhdləri baş tutmadı və həmin hadisələr zamanı aydın oldu ki, siyasi islahatlar ölkədə səmərəli dövlət idarəçiliyi sistemi, dayanıqlı ictimai-siyasi sabitlik yaratmışdır.
Siyasi islahatlar zamanı Azərbaycan Xalq Cümhuriyyətinin varislik prinsipi saxlanılmış və vaxtilə onun birləşdirici ideya kimi irəli sürdüyü azərbaycançılıq ideologiyasına müraciət edilmişdir. Heydər Əliyev xalqımızın müstəqillik tarixində Xalq Cümhuriyyətinin oynadığı rolu yüksək qiymətləndirmiş və onun ənənələrinin davam etdirilməsinin vacib olduğunu vurğulayaraq demişdir: “1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti bizim milli sərvətimizdir, tariximizin parlaq səhifəsidir. Ondan sonrakı illər, onilliklər də həyatımızın böyük mərhələləridir, parlaq səhifələridir, xalqımızın böyük nailiyyətləridir. Məhz bunlar hamısı birlikdə indiki müstəqil Azərbaycanın həm iqtisadi, həm intellektual, həm də mədəni potensialını yaradıbdır”.
Siyasi islahatların mühüm xüsusiyyətlərindən birini Azərbaycanda daxili inkişafın təkamül yolu ilə getməsinin əsas götürülməsi, demokratiya və siyasi plüralizmin yaradılmasında inqilabi yanaşmadan qaçılması təşkil edir. Bununla bağlı olaraq Heydər Əliyev bildirir ki, dövlət həyatında heç nəyə birdən-birə nail olmaq mümkün deyil. Nə iqtisadi, siyasi, sosial-mədəni inkişafa, nə də demokratiya, vətəndaş cəmiyyəti və siyasi plüralizmə bir-iki gündə çatmaq olar. Bunun üçün uzunmüddətli ciddi təşkilati işlər görülməli, milli inkişaf resursları səfərbər olunmalı, daxili idarəçilikdə, insanların şüurunda dəyişiklik edilməlidir. Bütün bunları heç bir inqilabla etmək mümkün deyil, bunu yalnız təkamül yolu ilə, tədricən həyata keçirmək olar.
Siyasi islahatlar cəmiyyətdə konstruktiv əməkdaşlıq və vətəndaş həmrəyliyi prinsipinin özünə mühüm yer tutmasını şərtləndirmişdir ki, bu da demokratik siyasi sistemi səciyyələndirən əsas cəhətlərdən biridir. Ümummilli lider hər kəsin müstəqil mövqeyini, fərqli düşünmək hüququnu qəbul edir, hətta opponentlərin əsassız tənqidlərinə hədsiz dözümlülük göstərirdi. Heydər Əliyev demokratiyaya dərk edilmiş nizam-intizam, yaradıcı proses kimi baxır və bu anlayışdan sui-istifadə edərək cəmiyyətdə xaos yaratmağa cəhd edən siyasi avantüristlərə qarşı barışmaz mövqe tuturdu. Hüquqi dövlətin və vətəndaş cəmiyyətinin inkişafı naminə ictimai-siyasi qüvvələrin birliyinə nail olmaq və milli mənafelərdən irəli gələrək şəxsi, qrup maraqlarını arxa plana keçirib qarşıdurmalara yol verməmək siyasi islahatlar zamanı diqqət mərkəzində dayanmışdır. Ölkənin əksər siyasi qüvvələri arasında konstruktiv əməkdaşlığın yaradılması müstəqil dövlət quruculuğu proseslərini sürətləndirən əsas amillərdən biri olmuşdur.
Ötən illərin təcrübəs i göstərir ki, siyasi islahatların ardıcıl və sistemli şəkildə aparılması ictimai həyatın bütün sahələrinin ahəngdar inkişafı, milli maraqlardan irəli gələn məsələlərin çevik və lazımi səviyyədə həllini tapması üçün əlverişli imkanlar yaratmışdır. Bütün bunların nəticəsində Azərbaycan keçid dövrünü başa vuraraq, ictimai-siyasi, sosial-iqtisadi və mənəvi-ideoloji transformasiyasının yeni mərhələsinə daxil olmuşdur.