18.09.2014- E.Əzizov-Ə.Babayev "razborkası"
Hər zaman siyasi aktivliyi ilə seçilən Sumqayıtda bələdiyyə seçkilərinə 2 ay qalmasına baxmayaraq vəziyyət hakimiyyətin siyasətinə xarakterikdir. Sumqayıtda siyasi süstlük, şəhərin sosial-vəziyyəti acınacaqlı olması baxımdan, barıt çəlləyini xatırladır. Sumqayıt İH başçısı E.Əzizov 4 illik fəaliyyəti zamanında bir iş yerinin açılmasına belə cəhd etmədi. Əksi olaraq abadlıq adı altında bir çoxunun obyektini dağıtdı. Şəhər əhalisini böyük problemlərlə baş-başa qoydu. Sumqayıtlılar sübh tezdən, bir parça çörək üçün Bakıya (Bakı çörəkli şəhər) üz tutur, axşam gecələmək üçün yaşadığı "Gənclik şəhərinə” qayıdır.
Gəlişi ilə kiçik sahibkarlığı boğan E.Əzizov Sumqayıtda qul bazarının çiçəklənməsinə təkan verdi.
Indi isə keçək yazının məğzi olan Bələdiyyə seçkiləri və İH başçısı E.Əzizovla bələdiyyə sədri arasında yaşanan qalmaqala.Qeyd edək ki, Sumqayıt şəhərinin 19 bələdiyyə üzvü var. Ölkədə yalnız bələdiyyə üzvlərinin "təyinatı” İH başçıları tərəfindən həyata keçirilir. Bələdiyyə seçkiləri PA və MSK sədri Məzahir Pənahov üçün elə də "yük” deyil. Bələdiyyə seçkilərində baş verəcək bütün əndrabadi halları İH başçıları "yola” verir. Bu quruma "seçilmək” üçün hökmən başçının siyahısına düşməlisən. Əks təqdirdə adaylığın boşunadır.
Sumqayıt İH başçısı E.Əzizov vəzifədən alınacağını bildiyindən şəhər təsərrüfatındakı "tocka”larından son "payını” yığmaq ərəfəsindədir. Başçı vəzifəsindən gedəcəyini biruzə verməsə də, artıq kitabının bağlanması haqqında hamı məlumatlıdır. Sumqayıt İH-da doğruluğuna şübhə etmədiyimiz qaynağın cumhuriyyet.az-a verdiyi məlumata görə, şəhər bələdiyyəsi sədrindən 100.000 (yüz min E.Əzizov üçün elədə böyük məbləğ deyil) manat ala bilməməsi E.Əzizovu məyus edib. Belə ki, bu il keçirələcək seçki "məzəsindən” sonra, Sumqayıt bələdiyyə sədri öz vəzifəsində qalması üçün, bu "kiçik” məbləğ ondan tələb olunub.
Bələdiyyə sədri E.Əzizovun bu "arzusunu” gözündə qoyub. Sədr E.Əzizova bildirib ki, onun səlahiyyətlərini mənimsəyərək Sumqayıt torpaqlarını qeyri-qanuni satdıraraq, pulunu başçı özü mənimsəyib. "Bələdiyyə olaraq biz torpaqların satışında kənarında qalaraq əlimizi ağdan-qaraya vurmamışıq”.
(cumhuriyyet.az)