ŞOK: Qətər işğal ediləcək, Sani Türkiyəyə QAÇACAQ
Ərəb ölkələrinin Qətərə qarşı başlatdığı blokada davam edərkən Rusiya mediasında Qətər əmiri Təmim bin Həməd əl-Saniyə hər an çevriliş təşkil ediləcəyi barədə məlumat yayılıb. Axar.az xəbər verir ki, Rusiya mediası Səudiyyə Ərəbistanının digər Körfəz ölkələri ilə birgə Qətəri mühasirəyə almasına baxmayaraq, vəziyyətdən razı qalmadığı və ölkə daxilindəki tərəfdarları ilə birgə yeni bir “hökumət” qurmağı planlaşdırdığını iddia edib. Qeyd edilir ki, Ər-Riyad rejimi ABŞ Prezidenti Donald Trampdan dəstək alaraq Qətərdəki ABŞ hərbçilərinə arxalanacaq. Qətər əmiri isə çıxılmaz durumda qaldıqda Türkiyə və ya İrana sığınacaq. Hətta iddia edilir ki, təcili vəziyyət planı və marşrut haqda məlumatlar əldə edilib. Yerli mənbələrdən əldə edilən məlumatlara görə, Körfəz ölkələri Qətər ətrafında hərbi gəmi və ordu yerləşdirməyə başlayıb. Qətərin paytaxtı Dohadan 40 km uzaqlıqdakı Udeid hərbi-hava bazası ölkə üçün həlledici əhəmiyyətə malikir. 10 min ABŞ əsgəri məhz bu mərkəzdən idarə edilir. Mümkün bir müdaxilə Dohanın qısa müddətdə işğalı ilə nəticələnəcək.