Əli Həsənovun rəhbərlik etdiyi komissiya Quba soyqırımı məzarlığında FOTOLAR
Quba "Soyqırımı memorial kompleksi”nin mövcud vəziyyətinin araşdırılması və görüləcək işlər barədə müvafiq təkliflərin hazırlanması üçün yaradılan komissiya üzvləri bu gün Quba rayonuna səfər edib. AzerTaym.az APA-ya istinadən xəbər verir ki,komissiya sədri, Azərbaycan prezidentinin köməkçisi Əli Həsənovun rəhbərlik etdiyi heyət"Soyqırımı memorial kompleksi”ni və kütləvi məzarlığı ziyarət edib. Komissiya üzvlərinə Quba soyqırımı məzarlığı barədə məlumat verilib. Ziyarətdən sonra ilə Quba rayon İcra Hakimiyyətində Əli Həsənovun rəhbərliyi Quba "Soyqırımı memorial kompleksi”də mövcud vəziyyətlə bağlı müşavirə keçirilir.