02.10.2014 - Bakıda Beynəlxalq Forum başladı
Forumda prezident İlham Əliyev, Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko, BMT-nin İnkişaf Proqramının rəhbəri Helen Klark, İSESKO-nun Baş direktoru Abdulaziz Osman əl-Tüveyc çıxış edəcəklər.
Forumda həmçinin Rusiya Prezidenti Vladimir Putinin Forum iştirakçılarına müraciəti oxunacaq.
Ümumiyyətlə, Bakı Beynəlxalq Humanitar Forumu ildə bir dəfə keçirilir. Forumda dünya birliyinin siyasi, elm və mədəniyyət xadimləri, o cümlədən Nobel mükafatları lauretları, nüfuzlu beynəlxalq təşkilarların rəhbərləri və dövlət xadimləri iştirak edirlər.
Forumun məqsədi dünya birliyi üçün maraq doğuran məsələlərlə bağlı dialoq və müzakirələrin təşkilidir. Dörd il əvvəl forumun keçirilməsinin təşəbbüskarları kimi Azərbaycan prezidenti İlham Əliyev və Rusiyanın o vaxtkı prezidenti Dmitri Medvedev çıxış ediblər.