Moldova prezidenti Azərbaycana rəsmi səfərə YOLA DÜŞÜB
Moldova prezidenti İqor Dodon Azərbaycana rəsmi səfərə yola düşüb. "Report" xəbər verir ki, nümayəndə heyətinin tərkibinə Moldova Respublikasının Sosialist Partiyasının sədri Zinaida Qreçanıy və Qaqauz muxtariyyətinin başqanı İrina Vlax daxildir. Səfər zamanı İ.Dodonun Azərbaycan Prezidenti İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov, baş nazir Artur Rasi-zadə, həmçinin Moldova-Azərbaycan Mədəniyyət Cəmiyyətinin nümayəndələri ilə görüşlər keçirəcəyi gözlənilir. "Azərbaycan rəhbərliyi ilə müzakirə ediləsi məsələlər var. Səfərin məhsuldar alınacağına ümid edirik", - Moldova prezidenti yola düşməzdən əvvəl bildirib. AzerTaym.az