”Müharibə başlasa, Ermənistan darmadağın olunacaq” – Makedoniyalı DEPUTAT

123d11f0410c07e8988f6eda70796c4e

Ermənistan ordusunun Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində həlak olan 2 yaşlı Zəhra Quliyevanın və 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı ilə bağlı etirazlar artmaqdadır.

Daha bir etiraz Türk Hərəkat Partiyasının baş katibi, Makedoniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, millət vəkili Enes İbrahimdən gəlib.

Millət vəkili hər gün Ermənistanın gerçək və qəddar üzünün ortaya çıxdığını qeyd etdi:

“Dünya Ermənistanın gerçək üzünü bir daha gördü. Beynəlxalq təşkilatlar Ermənistana təzyiqlərini artırmalıdırlar. İki yaşlı uşaqı öldürən dövlətdən, hər şey gözləmək olar. Əgər,müharibə başlasa, Ermənistan darmadağın olunacaq. Ermənistanın Azərbaycan qarşısında davam gətirmək gücü yoxdur. Gerçək fakt odur ki,Azərbaycan xalqı qələbə qazanmağa köklənib”.(musavat.com)






Fikirlər