Qarabağ qazilərindən İntiqam Əliyevə azadlıq tələbi

Qarabağ qazilərindən İntiqam Əliyevə azadlıq tələbiQarabağ qaziləri İntiqam Əliyevə azadlıq istəyib.

“Qarabağ qaziləri” ictimai birliyi hazırda həbsdə olan tanınmış vəkil İntiqam Əliyevə azadlıq istəyib.

AzerTaym.az xəbər verir ki, bu haqda Qarabağ qazisi Elməddin Sərdarın facebook səhifəsində məlumat yayılıb. “Etimad Əsədov başda olmaqla “Qarabağ qaziləri” Birliyi İntiqam Əliyevin dürüst və vicdanlı adam olduğuna inanır!” -, deyə o, yazıb.

Məsələ ilə bağlı Musavat.com saytı “Qarabağa qaziləri” birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu ilə əlaqə saxlayıb.

O, E.Sərdarın yazdığını təsdiq edib: “Qarabağ qaziləri birliyi 125-lər siyasi klubunun facebook sosial şəbəkəsində başladığı flaşmobuna qoşulub. Birliyin sədri Etimad Əsədov da tanınmış vəkilə azadlıq tələbinə qoşulub. Elməddin Sərdar da bunu öz səhifəsində paylaşıb”.






Fikirlər