Xavi lotoreyada 229 min AVRO UDDU
“Barselona”nın və İspaniya yığmasının sabiq üzvü Xavi lotoreyada qalib olub. Qol.az-ın “Marca”ya istinadən yaydığı xəbərə görə, hazırda “Əl-Sədd”də çıxış edən 37 yaşlı futbolçu 1 milyon Qətər rialı (229 min avro) qazanıb. Qeyd edək ki, Xavi mövsümün sonunda karyerasını başa vuracağını bəyan edib.