Miqrant ölkəsi olmayacağıq - Macarıstanın başnaziri VİKTOR ORBAN

Hər kəs bilməlidir ki, biz miqrant ölkəsi olmayacağıq.

Axar.az xəbər verir ki, bu sözləri Macarıstanın baş naziri Viktor Orban paytaxt Budapeştdə baş tutan mətbuat konfransı zamanı söyləyib.

“Miqrant ölkəsinə çevrilmək üçün hazırlanan plan “Soros planı” adlanır. Bu planda miqrant olmayan Orta Avropa ölkələrini miqrant ölkələrinə çevirmək üçün nə etmək lazım olduğu açıq şəkildə yazılıb. Macarıstanın belə bir ölkə olmayacağını hər kəs bilməlidir”, -deyə Orban bildirib.






Fikirlər