“60 min miqrant Almaniyanı könüllü olaraq tərk etməlidir” – Merkel
İlin sonundək 60 min miqrant Almaniyanı könüllü olaraq tərk etməlidir APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Almaniya kansleri Angela Merkel Xristian Demokratik İttifaqı partiyasının regional toplantısında bəyan edib.
Onun sözlərinə görə, ümumilikdə ölkədə qalmaq hüququ almayan 100 min miqrant Almaniyanı tərk etməli olacaq: “Onlardan üçdə biri zorla deportasiya ediləcək, 60 min isə müxtəlif humanitar proqramlar çərçivəsində könüllü olaraq vətənlərinə qayıdacaq”.
A.Merkel xüsusən Əfqanıstandan gələn qaçqınları qeyd edib: “Bütün əfqan oğlan və qızların Almaniyaya köçməsi qeyri-mümkündür”.