Merkel müsəlmanları himayəsi altına aldı
"Trend"-in verdiyi məlumata görə, bunu Almaniya Kansleri Angela Merkel deyib.
Bundestaqda bəyanatla çıxış edən Kansler Almaniyada yaşayan təxminən 4 milyon müsəlmanı müdafiə edib: “Almaniyada müsəlmanların istənilən təcridi, istənilən əsassız şübhə qadağa altındadır".
Federal Kansler əlavə edib: "Biz zəmanət veririk ki, konstitusiyamız və digər qanunlar çərçivəsində İslam dininə azad etiqad edilə bilər”.
Onun sözlərinə görə, istənilən digər konfessiya, o cümlədən iudaizm kimi, İslam da Almaniyaya aiddir: "Burada ayrı-seçkiliyə və təcridə yer olmamalıdır".
Bundan başqa, A.Merkel bu yaxınlarda Parisdə baş vermiş qanlı terror aktlarını yenidən qətiyyətlə pisləyib və Almaniyanın Fransa ilə “hüdudsuz həmrəyliyi”ni qeyd edib: "Almaniya və Fransa bu çətin günlərdə çiyin-çiyinə dayanacaqlar. Əgər Fransada təhlükəsizlik yoxdursa, deməli, Almaniyada da mövcud deyil".
Almaniya hökumətinin rəhbəri, həmçinin cəmiyyətin ən böyük sərvətlərindən biri olan mətbuat azadlığının böyük əhəmiyyətini qeyd edib.