19.08.2014- “Alman kəşfiyyatının Türkiyəni izləməsi barədə məlumat verə bilmərəm”

Angela Merkel bildirib ki, Almaniyanın kəşfiyyat qurumu BND-nin işi ilə bağlı açıqlama vermək istəmir.
“Alman kəşfiyyatının fəaliyyəti ilə bağlı açıqlama verə bilmərəm”,-deyə Almaniya lideri söyləyib.
Qeyd edək ki, Almaniyanın “Der Şpigel” nəşri alman kəşfiyyatının Türkiyə hökumətini 2009-cu ildən bəri izlədiyini və dinlədiyini iddia edib.
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu iddiaların doğru olacağı təqdirdə Almaniyanın rəsmi Ankaraya tutarlı izahat verməsi tələbi ilə çıxış edib.