25 yaşlı partiya - KONFRANS

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi münasibətilə konfrans keçirilib.

Nazirlikdən verilən məlumata görə, Azərbaycanın dövlət himninin səslənməsi ilə başlayan konfransda nazir Səlim Müslümov Cənubi Qafqazın ən güclü siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının şərəfli bir yol keçdiyini bildirib: “1993-cü ilin iyun ayında – Azərbaycanın taleyinin sual altında qaldığı, bütün sahələri bürümüş ağır böhran şəraitində gələcəyə ümidlərin tükəndiyi bir vaxtda isə xalqın iradəsi ilə ulu öndər Heydər Əliyevin yenidən respublika rəhbərliyinə qayıdışı müasir tariximizin ən şərəfli səhifəsidir. Bu proseslərdə YAP həmişə ön cərgədə olması, daim xalqın maraq və mənafelərinin təminatı məramına əsaslanması ilə ümumxalq partiyası olduğunu təsdiq edib”.

YAP-ın sıralarının getdikcə genişləndiyini qeyd edən S.Müslümov YAP-ın nazirlik üzrə Salatın Əsgərova, 85 ilk ərazi təşkilatının da fəaliyyətini partiyanın siyasi xəttinə uyğun şəkildə qurduğunu diqqətə çatdırıb.

Konfransda YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov partiyanın yaranma tarixindən bəhs edib.

AzerTaym.az

 






Fikirlər