Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü HAZIRLANIR

ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün keçirilməsi istiqamətində işlər görürlər.

Modern.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bunu ATƏT Minsk qrupunun amerikalı həmsədri Endryu Şeffer deyib.

O qeyd edib ki, prezidentlərin oktyabrın 16-da Cenevrədə keçirilən görüşü, onların Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində ATƏT-in Minsk qrupu ilə konstruktiv işə hazır olmaları müsbət işarədir.

Endryu Şeffer deyib ki, həmsədrlər yaxın zamanlarda gözlənilən görüşün tarixini aydınlaşdırmaq üçün Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə təmasdadırlar.






Fikirlər