Saakaşvili Ukraynadan deportasiya OLUNA BİLƏR
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin vəkili Pavel Boqomazov siyasətçiyə əlavə mühafizəçilərin verilməməsindən dolayı Ukrayna Miqrasiya Xidmətininin qərarını yenidən məhkəməyə şikayət edəcəklərini deyib. AzerTaym.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bundan əvvəl 2 dəfə Saakaşviliyə mühafizəçi təyin etməyən Miqrasiya Xidməti siyasətçinin deportasiya üçün artıq müvafiq sənədlər hazırlayır. Bundan əvvəl, Lvov şəhər məhkəməsi sərhədi qanunsuz keçdiyi üçün Saakaşvilini 130 dollar cərimələmişdi.