ABŞ və Rusiya prezidentləri sabah GÖRÜŞƏCƏKLƏR
Rusiya və ABŞ prezidentləri arasında keçiriləcək görüşün tarixi məlum olub. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib. O, Vladimir Putin və Donald Trampın noyabrın 10-da Asiya Sakit Okean Ölkələri Əməkdaşlıq təşkilatının Vyetnamda keçiriləcək sammiti çərçivəsində görüşəcəklərini deyib.