“CƏNNƏT sənədləri”nin ifşası ƏN ÇOX Rusiyaya ZƏRBƏ vuracaq

Putinə yaxın iş adamlarının “Cənnət sənədləri” dosyesində milyardlarla qeyri-qanuni yolla əldə edilən varidatı ortaya çıxıb; Rejim offşor zonalarda gizlətdiyi pullar sayəsində maliyyə təminatını qoruyur

Rusiyanın, daha doğrusu, Putin rejiminin məruz qaldığı beynəlxalq sanksiyalar ölkə ilə bərabər, özəl biznesə, yəni Kremlin çevrəsindəki iş adamlarına da ağır zərbə endirib. Lakin Putin rejimi “Appleby” hüquq şirkətinin hüquqşünaslarının ixtiraçılığı sayəsində milyardlarla dollarlıq varidatlarını mühafizə etməklə bərabər onu həm də müxtəlif layihə və planlarında istifadə edə bilir.

Almaniyanın “Sueddeutsche Zeitung” qəzeti son günlərdə qalmaqallı “Cənnət sənədləri” dosyesində ən çox rusiyalı oliqarxlarının adlarının keçdiyini yazır. Məqalə müəlliflərinin fikrincə, Rusiya ofşor zonalarında saxladığı pullar sayəsində bir çox ambisiyalı hərbi və siyasi hədəflərinin maliyyə təminatında çətinlik çəkməyib.

Hazırda Rusiya Krımın işğalını möhkəmlətmək məqsədilə Kerç boğazında 19 km-lik yol çəkməyi planlayır. Bu böyüklükdə layihə isə Putinin yaxın dostları “tenderlər kralları” Arkadi və Boris Rotenberqlərə həvalə edilib.

Demokratik dünya Kerç körpüsünün tikintisinə olduqca neqativ reaksiya göstərib. Bu səbəbdən ABŞ və AB sanksiyaları həm də Rotenberqlərin özlərinə və biznesinə şamil edilib.

“Sueddeutsche Zeitung” qəzetinin məqaləsində Rotenberq qardaşlarının Rusiyanın bütün iri həcmli layihələrində əli olduğu xüsusi vurğulanır. 
Əvvəllər sadəcə mühafizə işi, benzin doldurma məntəqələri ilə məşğul olan zirək qardaşlar Putinlə yaxınlıqları sayəində enerji blokuna girməyi bacarıblar. Bundan başqa 2014-cü ildə keçirilən və Qərb mediası tərəfindən rişxəndlə “Putinin qış tamaşası” adı verilən Soçi olimpiadasında onlar tam 7 milyard dollarlıq infrastruktur tikintilərinin hamısını “udublar”.

Maraqlıdır ki, Kerç körpüsünün tikilməsi həvalə olunan “Stroyqazmontaj” şirkəti də heç vaxt körpü tikintisi ilə məşğul olmayıb. Lakin buna rəğmən Vladimir Putin ilkin dəyəri 3 milyard dollara çatan belə bir starteji əhəmiyyətli planı yaxın dostuna etibar edib.

Məqalədə Rotenberqlərin sanksiyalara rəğmən bu qədər layihəni reallaşdırmağa imkan verən maliyyənin məhz offşor şirkətləri tərəfindən təmin oldunğu vurğulanır.

Burada isə adı çəkilən iş adamlarını yardımına adı “Cənnət sənədləri”nin əsas fiqurantı sayılan “Appleby” şirkəti çatıb.
Bu şirkət hələ 19-cu əsrdə Böyük Britaniya vəkili Recinald Vudfild Epplbi tərəfindən yaradılıb. 1979-xu ildən etibarən isə şirkət öz maliyyə ekspansiyasını genişləndirərək böyük bir şəbəkəyə çevrilir.

Təsadüfi deyil ki, Rusiyanın “Sberbank”, VTB, “Qaprombank”, “VEB”, “Rosselxozbank”, “Bank Moskvı” kimi maliyyə təşkilatları habelə “Rosneft” neft konserni “Appleby” şirkətinin xidmətlərindən istifadə edirlər.

Qəzetin yazıdğına görə, “Appleby” şirkəti ümumiyyələ heç bir sanksiyaya məhəl qoymayaraq Rusiyalı iş adamları ilə ciddi şəkildə əməkdaşlıq edib. Şirkətin Men adasındakı nümayəndiliyi vasitəsilə “Eagle Aviation Limited”, “Sentonan Investments Limited” və “Damstone Limited” adlı 3 offşor firması Rotenberq qardaşlarına Avropa Birliyinə bir neçə biznes-jet (təyyarə) göndərmələrinə yardım göstərib. Bundan başqa “Cənnət sənədlərində” adı keçən və Böyük Britaniyanın Vircin adalarında qeydiyyatda olan “Hilanser Limited” şirkəti də Rotenberqə məxsus olub.

Doğrudur 2014-cü ilin iyulun 8-dən sonra Avropa Birliyinin sanksiyaları Men adasına da şamil olunmağa başlayıb. Ada Avropa Birliyinin tərkib hissəsi sayılmasa da onunla eyni gömrük zonasına daxildir.

Lakin bu da “Appleby” şirkətini durdurmayıb. Şirkət Rotenberqlərə məxsus “Eagle Aviation Limited” firmasına 2016-cı ilə qədər xidmətini davam etdirib.

Məqalədə Rotenberq qardaşlarının Vircin adalarında yaratdıqları bir neçə offşor şirkətləri vasitəsilə pul, əmtəə, transferlərini uğurla həyata keçirdikləri vurğulanır.

Avropa Birliyi üzvü olan ölkələr isə rusiyalı biznesmenlərin yalnız üzdə olan mülkiyyətlərinə toxuna biliblər. Məsələn, 2014-cü ilin payızında İtaliya Rotenberqlərin bir neçə villa və otelini əlindən alıb.

Lakin qəzet Arkadi Rotenberqin sanksiyalardan qurtulmaq üçün daha bir hiyləgərlik edərək əlində olan offşor şirkətlərini oğlunun adına keçirdiyini yazır.

Musavat.com






Fikirlər