13.05.2014. - “The American İnterest”: “Qərb offşorlar vasitəsilə Azərbaycanı talayır...”

13.05.2014. -  “The American İnterest”: “Qərb offşorlar vasitəsilə Azərbaycanı talayır...”Uzun müddət idi ki, Qərb Şərqi Avropada soyuq müharibə epoxasında qazandığı imic hesabına yaşayırdı. Lakin indi o, postsovet dövlətlərinin talamağa kömək edən offşor zonalarda əli olduğu üçün bu imicdən məhrum olur.

Bu barədə ABŞ-da nəşr olunan “The American İnterest” jurnalının məqaləsində deyilir.

“İnsanlar offşor maliyyə barədə düşünəndə Avropanın gələcəyi haqda fikirləşmirlər. Offşorlar özlərində palmaları, mənzil-qərargahları poçt qutularında yerləşən kağız üzərindəki korporasiyaları, həmçinin İsveçrə banklarında gizli hesabları əks etdirir. Ruslar, ukraynalılar, azərbaycanlılar (keçmiş 15 qardaş respublikanın hamısını bura aid etmək olar) maliyyə offşorları barədə düşünəndə gözlərinin qabağında oğurlanmış gələcəkləri dayanır. Məgər bu pisdir? Məgər bu, onları Qərbin hamıdan yaxşı olduğunu başa düşməyə məcbur etmir? O qədər də sürətlə yox” - deyə müəllif Ben Cuda yazır.

Müəllif bildirir ki, hazırda dünyada offşor iqtisadiyyatı nəhəng ölçülərdə paralel maliyyə sisteminə çevrilib.

Dünyanın 50-dən çox vergi cənnətində 20 trilyon dollardan çox vəsait gizlədilib. Təkcə Britaniyanın offşor zonalarında 7 trilyon dollardan çox vəsait var. Onun böyük hissəsi Şərqi Avropa ölkələrindən daxil olub.

13.05.2014. -  “The American İnterest”: “Qərb offşorlar vasitəsilə Azərbaycanı talayır...”

“Sadə Şərqi avropalı aşkar edir ki, Qərb öz offşor iqtisadiyyatı sistemi ilə onun ölkəsindən nəhəng miqyasda oğurluğa şərait yaradır, nəticədə onun Qərbə münasibəti dəyişir” - deyə müəllif yazır.

Məqalədə misal olaraq Ukraynanın devrilmiş prezidenti Viktor Yanukoviçin oğurladığı pullar göstərilir. Həmin pullar Qərbin offşor zonalarında yerləşdirilib və indi Qərb hökumətləri ikiüzlülük edərək bu pulların yerini bilmədiklərini deyirlər.

“Uzun müddət idi ki, “soyuq müharibə”də qazandığı imic hesabına Qərbə Moskvadan tutmuş Bakıya qədər dissident hərəkatlarının müdafiəçisi, demokratiya mayakı kimi baxırdılar. Ancaq indi Qərb postsovet dövlətlərinin talan edilməsi üçün istifadə olunan offşor zonalarda əli olduğuna görə bu imicindən məhrum olur. Qərb Şərqi Avropa demokratlarının nəzərindəki qəhrəman imicindən istifadə etməyə öyrəşmişdi. Ancaq indi siz Moskva müxalifətçiləri və Ukraynadakı Maydan fəalları ilə söhbət etsəniz, dərhal başa düşərsiniz ki, bu gün London korrupsiyanın sinoniminə çevrilib və Luksemburq, Kipr, İsveçrə, Andorra kimi bəzi Avropa ölkələrinin adları “oğurluq” sözü ilə yanaşı çəkilir” - deyə məqalədə bildirilir.






Fikirlər