Deputatların maaşının artırılmasından danışdı
Parlamentin birinci vitse-spikeri deputatların maaşlarının artırılmasına münasibət bildirib.
Azertaym.az xəbər verir ki, Z.Əsgərov burada qeyri-adi bir şeyin olmadığını bildirib:
"Əvvəla onu deyim ki, bizim millət vəkillərimizin məvacibi bir neçə il əvvəl qalxmışdı. Hesab edirəm ki, maaşın artırılması normal məsələdir. Bunu nəyləsə əlaqələndirməyin heç bir yeri yoxdur".