DEPUTAT Novruz Aslanov iki illik HESABAT VERDİ

86 saylı İsmayıllı Seçki dairəsindən Milli Məclisə seçilmiş deputat Novruz Aslanovun ünvanına 2015-2017-ci illər ərzində 656 rəsmi müraciət və məktub daxil olub ki, bunlardan 629 müraciət vətəndaşlar tərəfindən göndərilib. Deputata cəmi 143  rəsmi məktub ünvanlanıb.

Bu barədə Modern.az-a deputatın  qərargahından məlumat verilib.

 Daxil olmuş ərizələrə əsasən 106 deputat sorğusu və məktubu əlaqədar mərkəzi və yerli icra hakimiyyəti orqanlarına ünvanlanmış və bunlara əsasən 24 cavab məktubu daxil olmuşdur. Bu məktublarda ərizəçilərin qaldırdığı məsələlərə münasibət bildirilmiş və həlli zaman tələb edən məsələlər icraata götürülmüşdür. Ərizələrlə yanaşı millət vəkilinin ünvanına onlarla təşəkkür məktubları da daxil olmuşdur. 

570 ailəyə ərzaq yardımı, 144 nəfər ərizəçiyə maddi yardım edilmiş, onlardan təhsil haqqı, müalicə və digər şəxsi məişət problemlərinin həllinə, həmçinin içməli su probleminin həlli məqsədilə Əhən kəndində su anbarının tikintisinə, Şəbiyan kəndinə su çəninin alınmasına maddi yardımlar edilmişdir. 21 nəfər rayon sakini Bakı şəhərinə təmənnasız tibbi müayinəyə göndərilmişdir.

Sakinlər tərəfindən kollektiv müraciətlər nəzərə alınaraq, “Azərişıq”ASC-nə, “Azəravtoyol” ASC-nə şifahi və yazılı müraciətlər əsasında Basqal qəsəbəsində, Ruşan, Brovdal, Çandahar, Həftəsiyab kəndlərində istismara yararsız olan elektrik dirəkləri yenisi ilə əvəzlənmiş, Qıcatan kəndinə və Basqala gedən yol cari təmir olunmuş, Qalıncaq kəndində əkin sahələri üçün suvarma kanalı çəkilmiş, İsmayıllı sakini Ovçuyev Səmid İsmayıllı Su Elektrik stansiyasında işlə təmin olunmuşdur.

Az.QAC-ın dəstəyi ilə Kürdmaşı kəndində çayın üzərindən körpü, Tircan-Qasımkənd yolunun təmiri, Sumağallı kəndində çayın üzərindən körpü, Zərnava kəndində dərənin üzərindən körpü, Təzəkənd kəndində yolun çınqıllanması (1 km.), Sulut kəndinə - 8 (səkkiz) ədəd ümumi dəyəri 4718,48 AZN (dörd min yeddi yüz on səkkiz  manat, 48 qəpik) olan çadır (5 nəfərlik) verilmişdir. Quşencə, Kürdmaşı, Enişdibi, Balik, Aşıqbayramlı kəndlərində sel sularından əziyyət çəkən 3 ailə üçün 3 ədəd ümumi dəyəri 1769,43 AZN (bir min yeddi yüz altmış doqquz manat, 43 qəpik) çadır və ümumi dəyəri 986,68 AZN (doqquz yüz səksən altı manat, 68 qəpik) olan İsmayıllı rayonu, Qıcatan kəndi - (yanğın) Kərimli Leyla Elşad qızı və Mahmudov Məhəmməd Qudu oğlu 2(iki) ailə 4(dörd) nəfər, humanitar yardım  335,82 AZN, Cəmənli kəndi - (yanğın) Eminov Natiq Şakir oğlu - 1(bir) ailə 4(dörd) nəfər, humanitar yardım 427,63 AZN,  Diyallı kəndi - (yanğın) Vahabov Zeynal oğlu. - 1(bir) ailə 4(dörd) nəfər, humanitar yardım 238,23 AZN, Xanagah, Qaraqaya kəndləri - (yanğın, yardım) Həsənov Səyavuş. - 1(bir) ədəd çadır 238,23 AZN  və Xanagah kənd nümayəndəliyi 1(bir) ədəd çadır 90 kv.m  4242,62 AZN, Basqal qəsəbəsi - (fövqəladə hallara cavabvermə məqsədi) - 1(bir) ədəd 90 kv.m çadır 4242,62 AZN  müvafiq humanitar yardımlar edilmişdir.

Təbii qaz, elektrik enerjisi və içməli su məsələsinə dair müraciətlər də icraata götürülmüşdür. Novruz Aslanov 2015-2017-cı illər ərzində İsmayıllı rayonuna 114 səfər etmiş, İsmayıllı şəhəri ilə yanaşı dağlıq ərazilərdə yerləşən kəndlərdə qəbullar bir kənddə keçirilməsinə baxmayaraq ətraf kənd sakinlərinin də iştirakı təmin olunmuş və seçicilərlə keçirilən görüşlər və qəbullar ümumilikdə 85 kəndi əhatə etmişdir.

Bildiririk ki, rəsmi ərizələr ilə yanaşı deputata 100-dən çox şifahi müraciətlər də olmuşdur. Bu müraciətlərin bir qismi həll edilmişdir.

Hesabat ilində İsmayıllı rayonunda keçirilən kütləvi tədbirlərdə millət vəkili mütəmadi olaraq iştirak etmişdir.






Fikirlər